Çərşənbə, 15 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

İyul 15, 2026 8:50 səhər
Paylaş
“Qəbul edilməsi mütləq olan daha bir həqiqət var ki, rejim bunu gizlətmək üçün əlindən gələni edəcək. Ön müdafiə doktrinasının bədəli iki dəfə ödənilib: bir dəfə onu qəbul edən ərəb cəmiyyətləri tərəfindən, bir dəfə isə neft gəlirləri xarici milislərə axan, öz maaşları isə dibə vuran İran xalqı tərəfindən”
Paylaş

İyirmi il ərzində İslam Respublikası öz gücünü Tehrandan idarə edə bildiyi ərəb paytaxtlarının sayı ilə ölçürdü: Bağdad, Dəməşq, Beyrut və Sana. İlk olaraq Dəməşq süqut etdi və bununla İranın dünyaya  elan etdiyi  şiə dünyası ilə quru körpüsü uçdu. Sonra, iyun ayının son həftəsində, yerdə qalan üç paytaxtdan ikisi İrana öz nüfuzunu qazandıran milislərə qarşı üsyan etdi. Bu, Amerikanın və ya İsrailin zərbəsi ilə deyil, hər iki ölkədə dövlətin rəsmi qərarı ilə baş verdi.

İyunun 26-da Livan Vaşinqtonda, Amerikanın vasitəçiliyi ilə İsraillə çərçivə sazişi imzaladı. Bu saziş Livan ordusuna silah üzərində dövlət monopoliyasını rəsmən bərpa etməyi və İsrail rəhbərliyi ilə razılaşdırılmış sınaq bölgələrindən başlayaraq, “Hizbullah”ı mərhələ-mərhələ tərksilah etməyi tapşırır. 1982-ci ildən bəri heç bir Livan hökuməti bu dərəcədə irəli getməyə cəsarət etməmişdi. Saziş “Hizbullah”ın arsenalına suverenliyin təminatçısı kimi deyil, onun qarşısında bir maneə kimi yanaşır.

İraqda radikal şiələrə qarşı yeni maliyyə savaşı başladı

Bu imzalama sadəcə olaraq 2024-cü il müharibəsinin “Hizbullah”a sarsıdıcı zərbə vurması, Həsən Nəsrullahı öldürməsi və Suriya üzərindən gələn tədarük xəttini kəsməsi ilə başlayan tənəzzül yolunu rəsmiləşdirdi. Livan daxilində də bu keçid üçün şərait tam hazır idi: ordu rəhbərliyindən gələn prezident, silahların yalnız dövlət əlində cəmləşdirilməsi planını orduya tapşıran hökumət və özü seçmədiyi müharibənin dağıntılarını çiyinlərində daşıyan, lakin İrandan yenidənqurma pulları almayan şiə icması.

Naim Qasım sazişi batil və etibarsız adlandırdı, döyüşü davam etdirəcəyinə söz verdi. O, bunu edə bilər. Lakin o, artıq heç kimi qorumayan bir arsenalı, müharibə tərəfindən rədd edilmiş bir “çəkindirmə gücü” naminə və bədəlini ödəyən bir cəmiyyətin qarşısında müdafiə edir. Onun artıq edə bilməyəcəyi tək şey Livan adına döyüşdüyünü iddia etməkdir.

İki gün sonra, may ayından bəri hakimiyyətdə olan Əli Faleh əş-Zeydinin İraq hökuməti sübh çağı Antiterror Xidmətini Yaşıl Zonaya göndərdi və korrupsiya, silahlı qruplaşmaların maliyyələşdirilməsi, İran neftinin və dollarlarının qaçaqmalçılığı işi üzrə aralarında parlament üzvlərinin də olduğu 47 rəsmi şəxsi həbs etdi.

Həmin hökumət dövlət nəzarətindən kənar olan bütün silahlı qruplaşmalara sentyabrın 30-na qədər silahlarını təhvil verməyi əmr etmişdi; hansı ki, bu tarixdə ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın İraqdakı missiyası başa çatır. Bu tarixin seçilməsi təsadüfi deyil, çünki bu, milisləri öz silahlarının xarici hərbi mövcudluğa cavab olaraq mövcud olması barədə ən köhnə bəhanələrindən rəsmən məhrum edir.

Çirkli pullar və SEPAH-İran İraqda nə gizlədir?

Bu möhlət, silahı dövlət qurumlarında iş yerləri ilə əvəzləyən döyüşçülərin tərksilah edilməsi proqramı ilə müşayiət olunur. Proqram çətinliklərlə üzləşə bilər, lakin onun mənası hər iki halda dəyişməz qalır: Bağdad artıq milislərlə rəsmi qurumlar kimi danışıqlar aparmağı dayandırdı və öz adamlarını dövlətə inteqrasiya edərək onları milislərdən geri almağa başladı.

Beyrut “İnqilab Keşikçiləri Korpusu”nun (SEPAH) qurucu proksisinə (vəkilinə) qarşı hərəkətə keçdi. Bağdad isə onun dövlətin zirvəsindəki qollarına və xəzinələrinə qarşı addım atdı. Bütün bunlar eyni həftə daxilində baş verdi.

Livan cəbhəsindəki İran izinin şok detalları

Livandakı son müharibənin başlamasından bəri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Hizbullah” ilə yanaşı döyüşün idarə olunmasında birbaşa rol oynadığına dair məlumatlar və faktlar ön plana çıxır


Hüquqi və struktur uğursuzluq

Bu iki hadisənin hər birinin müstəqil milli ölçüsü var. Lakin onları yan-yana qoyduqda, tək bir doktrinanın struktur iflasını ortaya qoyurlar.

Qasım Süleymaninin “Qüds Qüvvələri”nə rəhbərlik etməyə başladığı dövrdən 2020-ci ilin yanvarında öldürülməsinə qədər qurduğu hilal sadəcə müttəfiqlər qrupu deyildi. Bu, ön müdafiə strukturu və İranın müharibələrini başqalarının torpaqlarında saxlamaq üçün bir vasitə idi; hansı ki, İranın rəsmi gəlirləri ilə maliyyələşdirilir və Suriya vasitəsilə vahid, kəsilməz bir cəbhədə birləşirdi.

Bu tikilinin hamısı tək bir mərc üzərində qurulmuşdu: qəbul edən dövlətlər o qədər zəif, parçalanmış və qorxmuş vəziyyətdə qalsınlar ki, güc üzərində dövlət monopoliyasını tələb edə bilməsinlər. Və bu mərc bu gün hamının gözü qarşısında iflas edir.

Lakin bu çökmə eyni sürətlə getmir və bu fərq çox önəmlidir. Livanda “Hizbullah” hələ də öz döyüşçülərinə nəzarət edir, lakin o, öz arsenalını idxal etdiyi müharibələrin xaraba qoyduğu bir ölkənin daxilində müdafiə edir. İraqda isə parçalanma milislərin öz daxilini yarır.

Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?

Müqtəda əs-Sədr may ayının sonlarında öz briqadalarını dövlətin nəzarətinə verdi və onların arsenalını orduya təhvil verdi; o, bunu edən ilk şəxs oldu. Tehrana sadiq olan ən böyük iki qruplaşma da eyni yolu seçəcəklərinə dair işarə verdilər. Yalnız “Qüds Qüvvələri”nə ən yaxın olan radikal şiə nüvə, xarici qoşunların əvvəlcə çıxmalı olduğunu bəhanə gətirərək hələ də tərksilahdan imtina edir. Lakin Bağdad indi bu bəhanəyə son qoyacaq rəsmi son tarixi müəyyənləşdirib.

Daha cənubda isə hava zərbələri ilə taqətdən düşən husilər öz müharibələrini yenidən Yəmənin daxilinə yönəltdilər. Heç kim bu oxu tək bir zərbə ilə məğlub etmir. O, parça-parça dağılır, çünki hər bir cəbhə ümumi missiyanın ziyanına olsa da, öz rəsmi mövcudluğunu qorumağı seçir.

Son sığınacaq kimi dion və İslam isitfadə olunur

Tehran bu xəritəni oxudu və onun cavabı dəfn mərasimi oldu. Fevralın 28-də sui-qəsdlə öldürülən Əli Xamenei iyulun əvvəlində, iki ölkəni əhatə edən və altı gün davam edən mərasimlə dəfn olundu. Tabutu Məşhədə çatmamışdan əvvəl Nəcəf və Kərbəladan keçdi.

Rejim rəsmi olaraq 1,7 milyon iraqlinin pulsuz gediş-gəlişini qeydiyyata aldı, “Həşd əş-Şabi” döyüşçüləri Nəcəfin hər tərəfinə yayılıb təhlükəsizliyi təmin etdilər və Bağdad rəsmi milli tətil elan etdi. Bir neçə gün əvvəl qüvvələri Yaşıl Zonaya basqın edən Baş nazirin özü isə hava limanının uçuş-enmə zolağında İran prezidenti və ölkəsinin məhkəmə orqanları tərəfindən axtarışda olan milis liderlərinin yanında dayandı.

Tehran yazılı və imzalanmış sazişlə Livanı, rejimin süqutu ilə isə Suriyanı itirdikdən sonra, əlində qalan yeganə və itirməyə dözə bilməyəcəyi paytaxta (Bağdada) rəsmi bağlılığını ikiqat artırdı; bunun üçün hələ də işləyən azsaylı alətlərdən istifadə etdi: ziyarətgahlar, ziyarət iqtisadiyyatı və ortaq əqidə ritualları.

Himayəçinin silahları müsadirə edildikdə və pulları təqib olunduqda, müqəddəslik nüfuzun son kanalına çevrilir. Tabutun Nəcəfdən keçməsi İran hilalının rəsmi və yekun müdafiə çıxışı idi.

İraq dövlətinin bu ikili mövqeyi riyakarlıq kimi görünə bilər, lakin daha dəqiq desək, bu, yolun tən ortasında ilişib qalmış bir keçid mərhələsidir. Bazar ertəsi günü yüksək səviyyəli nümayəndə heyəti ilə Vaşinqtona yollanan, ABŞ Prezidenti Donald Tramp, rəsmilər və Amerikanın iqtisadi-maliyyə qurumları ilə mühüm görüşlər keçirəcək əş-Zeydi – eyni iki həftə daxilində şəbəkənin maliyyəçilərini həbs edir, sonra isə onun hamisinin dəfnində iştirak edir. Çünki İraq suverenliyini gücü çatdığı yerdə tətbiq edir, gücü çatmadığı yerdə isə rəsmi ehtiram rituallarını yerinə yetirir.

Siyasi və iqtisadi böhran

İstiqamət ən vacib olan məqamdır. Həbslərdən tutmuş möhlətə və silahların təhvil verilməsinə qədər atılan hər bir addım eyni istiqamətdə irəliləyir. Və Vaşinqtonun əli hər iki paytaxtda görünür: Beyrutda vasitəçilik, Bağdadda isə təzyiq və qoşunların çıxarılması üçün rəsmi təqvim. Lakin hər iki halda həlledici addım milli xarakter daşıyırdı və məhz bu, geri dönüşü qeyri-mümkün edir.

İranda radikallar və islahatçılar – son söz kimindir?

Coğrafiyadan kənarda isə rəhbərlik dağılıb. Ön müdafiə doktrinası üç dayağa əsaslanırdı və onların hamısı yox olub. Xamenei ilə birlikdə cəbhələri vahid amal ətrafında birləşdirən ideoloji mərceyyət (avtoritet) öldü; onun “mübahisəli” xələfi isə hazırda SEPAH-ın mühasirəsi arxasından idarə edir.

Əməliyyat rəhbərliyi isə 2020-ci ildən bəri yetim qalıb, şəbəkənin birliyini qoruyan rəsmi səlahiyyətlərdən məhrum varislər tərəfindən idarə olunur. Həmçinin Suriya körpüsü də tamamilə bağlanıb. Doktrina öz qurucusundan sonra yaşaya bilər, lakin onun mövcudluq şərtləri yox olduqdan sonra yaşaya bilməz.

İslam Respublikası bütün bunlarla öz tarixinin ən zəif nöqtəsində qarşılaşır. İyulun 7-də Tehranda dolların məzənnəsi 1,754,000 riala çatdı; rial cəmi bir gün ərzində öz dəyərinin rəsmi olaraq səkkiz faizini itirdi. Dövlət büdcəsi artıq qurduğu bu şəbəkələri davamlı şəkildə maliyyələşdirmək iqtidarında deyil.

Rejimin daxilində isə SEPAH komandirləri artıq korpusun özünün buraxılmasını açıq şəkildə müzakirə edirlər. Hilal müharibəni İrandan uzaq saxlamaq üçün dizayn edilmişdi. Lakin onun hilalındakı ən yaxın iki paytaxt milis yerinə dövləti seçdi və bu doktrinanın ixrac etmək üçün yaradıldığı müharibə artıq İranın daxilinə qayıtmağa başlayır.

“Qəbul edilməsi mütləq olan daha bir həqiqət var ki, rejim bunu gizlətmək üçün əlindən gələni edəcək. Ön müdafiə doktrinasının bədəli iki dəfə ödənilib: bir dəfə onu qəbul edən ərəb cəmiyyətləri tərəfindən, bir dəfə isə neft gəlirləri xarici milislərə axan, öz maaşları isə dibə vuran İran xalqı tərəfindən”

Bu gün güc üzərində monopoliyasını bərpa edən dövlətlər əslində taqətdən düşmüş cəmiyyətlərin etdiyini edirlər: xarici himayəçinin gətirdiyi yük ona qarşı olan qorxudan daha böyük olduqda atılan addımı atırlar.

Alov halqası Tehranın düşmənlərini uzaqda saxlamaq üçün qurulmuşdu. Və o, Qərbin vurduğu yerdən deyil, Beyrut və Bağdadın iki cəbhə deyil, iki müstəqil dövlət olmağı seçdiyi yerdən qırıldı. Bu gün geridə qalanlar isə yalnız İranın artıq maliyyələşdirə və ya apara bilmədiyi lokal müharibələr qrupudur; bir də ordunun artıq yerinə yetirə bilmədiyi rolu oynamağa çalışan bir dəfn mərasimi.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

QətərRedaktorun seçimi

Qətər azadlıq indeksində bütün qonşularını geridə qoydu

Müəllif:
ArabAZ News
İraq

İraqda ABŞ dollarının məzənnəsi enməkdə davam edir

Müəllif:
ArabAZ News
İraqKim-kimdir

İraqın yeni prezidenti – Nizar Amidi kimdir?

Müəllif:
ArabAZ News
Fələstin

HƏMAS-la bağlı “müsbət hərəkətlilik” var

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.