Cümə axşamı, 25 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Türkiyə müxalifəti ABŞ səfirini qovmaq istəyir

Aprel 22, 2026 7:40 axşam
Paylaş
Paylaş

Türkiyə müxalifəti ABŞ-ın xüsusi elçisi Tom Baraka qarşı kəskin hücuma keçib. Buna səbəb Brakın Yaxın Şərqdə yalnız “güclü liderliyi olan rejimlərin” uğur qazandığını deməsi və Türkiyə ilə İsrail arasındakı alyansın bölgənin rifahı üçün yeganə yol olduğunu iddia etməsidir.

ArabAZ  xəbər verir ki, Tom Barak ötən şənbə günü Antalya Diplomatiya Forumunda çıxış edərək bildirib ki, “Yaxın Şərqdə yalnız güclü hakimiyyət hörmət qazanır”. O, Suriyadakı rejimi “güclü, qətiyyətli və cəsur liderə” malik olduğu üçün uğurlu nümunə kimi göstərib.

“İnsanlar keçmişdə onunla razılaşmaya bilərdilər, amma indi onun düzgün istiqamətə rəhbərlik etdiyini görürlər.”-deyə Barak bildirib.a

Barak həmçinin “Ərəb baharı“nın uğursuz olduğunu, demokratiya və insan haqları gözləntilərinin məyusluqla nəticələndiyini, bölgədə yalnız “müdrik monarxiyalar və ya konstitusiyalı monarxiyaların” uğur qazandığını vurğulayıb.

Müxalifətin qəzəbi: “Barak Türkiyəni təcili tərk etməlidir”

Ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl, Barakın çıxışlarını “həddi aşan və antidemokratik” adlandıraraq, onun dərhal “arzuolunmaz şəxs” (persona non grata) elan edilməsini və ölkədən qovulmasını tələb edib.

“Səfirin bu sözləri Mustafa Kamal Atatürkün demokratiya üzərində qurduğu ölkəyə yaraşmır. Bir nəfərin bura gəlib bu şəkildə danışması həyasızlıqdır. Sözlərini geri götürməsə, bir dəqiqə belə bu ölkədə qalmamalıdır.”-deyə o bildirib.

Səadət Partiyasının sədri Mahmud Arıkan da hökuməti hərəkətə keçməyə çağırıb. O, Türkiyə xarici siyasətinin xarici müdaxilə meydanı olmadığını vurğulayaraq bildirib ki, : “Bölgənin yalnız gücə hörmət etməsi fikri tarixi mədəniyyətdir. İmperialist güclər bu torpaqlarda həmişə məğlub olublar.”

İsrail ilə “Gizli Alyans” mübahisəsi

Barakın Türkiyə və İsrail alyansını bölgənin rifahı üçün “ideal həll” adlandırması və tərəflər arasındakı gərginliyi “siyasi ritorika” kimi qiymətləndirməsi qəzəbi daha da artırıb. O, Ərdoğanı “böyük lider“, Netanyahu isə “ölkəsi üçün lazım olanı edən şəxs” kimi təsvir edərək, gələcəkdə bu düşmənçilik ritorikasının yox olacağını proqnozlaşdırıb.

Brak həmçinin hər iki tərəfin mediasını tənqid edərək deyib ki, : “Təl-Əvivdə qəzeti açanda Vyana qapılarından Maldiv adalarına qədər uzanan ‘Osmanlı İmperiyası’ xəritəsini görürsünüz, Ankarada isə eyni ölçüdə ‘Böyük İsrail’ xəritəsi çəkilir. Bu maksimalist xəritələr və ritorikalar tarixi toqquşma xülyasını bəsləyir.”

“Yenidən Rifah” Partiyasının sədri Fatih Ərbakan Barakın bu sözlərini qlobal güclərin bölgə üzərindəki planlarının “açıq etirafı” adlandırıb. O, Türkiyə ilə İsrail arasında hər hansı “gizli ittifaq” olması ehtimalını qəti şəkildə rədd edib və hökumətin bu “suverenliyə qəsd” edən çıxışlar qarşısında səssiz qalmasını tənqid edib. Ərbakan Xarici İşlər Nazirliyini dərhal səfiri çağırıb ona rəsmi nota verməyə çağırıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimiTürkiyə

Ərdoğan dövrünün böyük layihələri- Yeni Türkiyə

Müəllif:
ArabAZ News
Türkiyə

Dünya iqitsadiyyatında Türkiyə imzası

Müəllif:
ArabAZ News
Türkiyə

Türk müdafiə sənayesinin qüruru: “KORKUT” dünyaya açılır

Müəllif:
ArabAZ News
Türkiyə

İstanbulda gizli silah anbarı aşkarlandı

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.