4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Gündəm
Gündəm

Mütəxəssislər "TikTok"un ABŞ üçün yeni alternativi üzərində işləyirlər

"TikTok" platformasının mütəxəssisləri ABŞ-da platformanın bloklanması ehtimalı ilə bağlı yeni bir tətbiq üzərində işləyirlər.

6 İyul 2025 21:31
Mütəxəssislər "TikTok"un ABŞ üçün yeni alternativi üzərində işləyirlər

BAKI, AzerVoice

"TikTok" platformasının mütəxəssisləri ABŞ-da platformanın bloklanması ehtimalı ilə bağlı yeni bir tətbiq üzərində işləyirlər.

AzerVoice xəbər verir ki, bu barədə “The Information” portalı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, bu yeni tətbiq hələlik "M2" adını daşıyır və onu 5 sentyabr tarixində ABŞ-ın tətbiq mağazalarında yerləşdirmək planlaşdırılır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyunun 29-da "Fox News"-a verdiyi müsahibədə "bir qrup çox zəngin insanın" "TikTok"u "ByteDance" şirkətindən almağa hazır olduğunu bildirib. Tramp qeyd edib ki, bu investorların kimliyini təxminən iki həftəyə açıqlayacaq. Çin səfirliyinin ABŞ-dakı mətbuat katibi Liu Penuy isə bildirib ki, Pekin "TikTok" ilə bağlı məsələlərdə Çin Xalq Respublikasının qanun və qaydalarına uyğun hərəkət edəcək.

Tramp iyunun 19-da ABŞ-da TikTok-un bloklanması qərarını 90 gün, yəni sentyabrın 17-ə qədər təxirə saldığını açıqlayıb. Artıq təxminən beş ay keçib ki, ABŞ-da qüvvəyə minmiş qanuna əsasən, əgər ana şirkət "ByteDance" "TikTok"u satmasa, tətbiq ölkədə qadağan olunacaq. Tramp prezident kimi fəaliyyətə başladıqdan sonra imzaladığı fərmanla "TikTok"un bloklanmasını azı 75 gün ertələmişdi. O həmçinin bəyan etmişdi ki, Birləşmiş Ştatlar "TikTok"un yarısına sahib olmaq hüququna malik olmalıdır, lakin bu fikrin nəyə əsaslandığını izah etməmişdi.

Məqalədə: #ABŞ #TikTok

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36

Son Xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.