6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Ərəbin aqibəti..

Trampın seçilməsi və Ərəb dünyasının aqibəti. Bunlar biri biri ilə bağlı məsələlərdir. Trampın yeni kabinəsində yer alacaq insanlar içərisində ciddi şəkildə İrana qarşı sərt, İsrailə qarşı isə olduqca istiqanlı insanlar yer alırlar.

18 Noyabr 2024 12:08
Ərəbin aqibəti..

Bakı, AzerVoice/ ArabAz

Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Eyni Sosial Araşdırmalar Mərkəzinin eksperti.

Trampın seçilməsi və Ərəb dünyasının aqibəti. Bunlar biri biri ilə bağlı məsələlərdir. Trampın yeni kabinəsində yer alacaq insanlar içərisində ciddi şəkildə İrana qarşı sərt, İsrailə qarşı isə olduqca istiqanlı insanlar yer alırlar. Bu insanlar öz nifrət və simpatiyalarını qəti bir şəkildə gizləmirlər. Xüsusi ilə təhlükəsizlik məsələləri ilə məşğul olacaq insanlar arasında İrana sərt münasibətləri ilə seçilənlər vardır. Bəs Ərəb dünyası üçün bu nədir? Ərəb dövlətləri üçün bu pis deyildir. Çünki Ərəb monarxları və eləcə də, digər ərəb dövlətləri elitası İranı sevməz. Xüsusi ilə Səudiyyə Ərəbistanı İranı heç sevməz. Həftə səkkiz mən doqquz İrana yaxın husilər Səudiyyə Ərəbistanının Aramko neft təsislərini raket atəşinə tutur.

Digər ərəb monarxları da İranla elə də xoş münasibətlərə malik deyillər. Ərəb dünyasında İsraillə dövlət olaraq ciddi şəkildə üz-üzə gəlmiş iki dövlət var idi. Onun biri Suriya idi, digəri isə Misir. Ənvər Sadatdan sonra Misir bu məsələdə geri çəkildi, status kvonu təsdiq elədi. Ancaq Suriya İsraillə münaqişəyə davam etdi, onsuz da Golan yüksəkliklərini itirmişdi. Livan müharibəsində 1982-1985-ci illərdə İsraillə üz üzə gəldi. Daha sonra 2005-ci ilə qədər Livanda hərbi mövcudluğu oldu. Suriya görürdü ki, İsrailə ABŞ güclü yardım edir. Silah verir, maliyyə yardımı edir. Buna görə də, texniki və maddi üstünlüklər İsrail tərəfdədir. Suriya da buna görə HƏMAS və Hizbullaha hərbi və maddi yardımlar etməklə bölgədə qalmağa davam etdi. Suriyanın İranla isti münasibətləri digər ərəblərin də xoşuna gəlmirdi. Nə isə, sonra ərəb baharı gəldi.

İlkin sınaq variantı Tunisdə başlasa da, əsl ssenari Suriyada oynandı. 2010-cu ildən Suriyada sosial və siyasi zəmində başlayan hərəkatlar digər ərəb oyunçularının da iştirakı, daha sonra İranın da daxil olması ilə ilk əvvəl məzhəb savaşına çevrildi. Daha sonra PYD də işin içinə girdi. Dini və etnik bir münaqişəyə çevrildi. Vətəndaş müharibəsi Suriyanın evini yıxdı. Açığı qonşuları da bunda sanki maraqlı idi. Bir zamanlar Suriyanın Öcalana dəstək verməsi Türkiyəni ondan incik salmışdı. Hər nə qədər Bəşşər Əsədin hakimiyyətinin ilk illərində yaxınlaşma oldusa daha sonra məsələlər qarışdı. Ona görə Türkiyə daha çox Bayırbucaq türkmənlərinin müdafiəsi, eləcə də kürd qüvvələrinin ona ziyan vurmaması üçün hərəkətə keçdi. Müəyyən bir zolaq yarandı. Bir sözlə, Suriya belə getdi. Bir İraq vardı. Səddam kimi adioz bir fiqur ona başçılıq edirdi. Arada İsrailə Skad raketləri atmışdı. O da, həyəcanlanıb Kuveytə girməklə bir zaman dostluq etdiyi ABŞ-ın və Qərbin düşməninə çevrildi, devrildi.

Daha sonra İraqda da İŞİD və digər söhbətlər. İraq da korrupsiyalaşmış, tayfa və qrupların güclü olduğu bir dövlətə çevrildi. Onu da ABŞ və İran təsir dairələrinə böldülər. Bu da belə getdi. Geridə qalan Ərəb dövlətləri isə İsraillə qarşıya gələcək nə gücləri var, nə də istəkləri. Elə götürək bizim bu .. Nə isə, qarışdırdım bir az. Bir tərəfdə yüksək texnologiyalara, ciddi beynəlxalq güc dəstəyinə, maliyyə imkanlarına malik olan İsrail, digər tərəfdən isə Ərəb dövlətləri. İndi də Trampın yeni kabneti. Nə olacaq? Elə bir ciddi şey olmayacaq. Onlar yenə neftini satacaq, hər kəs öz işində olacaqdır. Olan Ərəb dünyasının biganəliyindən Allaha şikayət edən Fələstinlilərə olur. …………

Məqalədə: #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Nə üçün hicab məsələsi belə gündəm edilir?
Cəmiyyət

Nə üçün hicab məsələsi belə gündəm edilir?

3 Fevral 14:39
Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?
Cəmiyyət

Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

23 Yanvar 12:00
İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur
Cəmiyyət

İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

22 Yanvar 13:51
Eşq
Cəmiyyət

Eşq

19 Yanvar 11:48

Son Xəbərlər

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.