6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Dəyər paradiqmamız

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Azərbaycan televiziyalarına verdiyi müsahibə diqqətimi cəlb etdi. Orada Cənab Prezident Tramp haqqında danışarkən bildirdi ki, Tramp ailə müəssisəsində bizim cəmiyyətimizin dəyərlərini paylaşır. Yəni, normal ailə, hər bir fərdin öz yerində olduğu ailə.

12 Yanvar 2025 18:53
Dəyər paradiqmamız

Bakı, AzerVoice / Arab.AZ, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Azərbaycan televiziyalarına verdiyi müsahibə diqqətimi cəlb etdi. Orada Cənab Prezident Tramp haqqında danışarkən bildirdi ki, Tramp ailə müəssisəsində bizim cəmiyyətimizin dəyərlərini paylaşır. Yəni, normal ailə, hər bir fərdin öz yerində olduğu ailə.

2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi tədbirində Azərbaycan Dövlət Başçısı Avropa cəmiyyətinin bəzi xüsusiyyətlərinə toxunaraq belə söyləmişdi:

“Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm.”

Bu fikirlərin üzərində bir məsələ haqqında yazmaq istəyirəm: dəyər paradiqmamız.

Düşünürəm ki, biz dəyər paradiqmamızı iki əsas aspekt üzərində qurmalıyıq. Məhz bu fikirləri Cənab Dövlət Başçısı çox gözəl ifadə edib.

1. İnsan fitrəti.

Yəni, insanın fiziki, psixoloji və yaradılış xüsusiyyətlərinə uyğun olaraq ailədə və cəmiyyətdə yer tutması.

Son zamanlar LGBT təbliğatı birbaşa və ya dolayısı ilə bizi hədəf alır. Bunu müxtəlif formalarda edirlər. Sözləri ilə açıq ifadə etməsələr belə, davranışları ilə homoseksualizmi və qeyri-ənənəvi cinsi orientasiyanı təşviq edən müğənnilər, sənət adamlarının ekranları və sosial şəbəkələri işğal etməsi buna sübutdur. Eyni zamanda, bəzi beynəlxalq təşkilatlar bizim mentalitetimizə uyğun olmayan “tolerantlıq” anlayışını təbliğ edirlər.

Biz yaradılış fərqlərinə və insanların ideoloji, əqidəvi seçimlərinə qarşı tolerant bir cəmiyyətik. Lakin kimlərsə bizi qeyri-ənənəvi və yaradılışa zidd hallara tolerant olmağa məcbur etmək istəyirsə, buna qarşı durmalıyıq. Çünki bu, bizim kimliyimizi məhv edə bilər.

Fitrət tələb edir ki, ailədə kişi başçı olsun, qadın isə ailə ocağının qoruyucusu. Buna görə də bütün qurumlarımız çalışmalıdır ki, kişi ailə başçısı funksiyasını yerinə yetirə bilsin. Bunun üçün ən azı minimal imkanlar təmin edilməlidir. Qadının da ailədəki rolu və yükü uyğun şəkildə müəyyən edilməlidir.

Bir çox hallarda ailənin ağır yükünü üzərinə götürmüş analarımız da olub. Lakin onlar kişi olan yerdə heç vaxt özlərini kişinin yerinə qoymayıblar. Bütün bunlar bizim dəyər paradiqmamızın bir hissəsidir.

2. Dini ənənəmiz.

Dini ənənəmiz bizim üçün böyük əhəmiyyət daşıyır. Yenə də Cənab İlham Əliyevin çıxışına istinadən aşağıdakı məqamı qeyd etmək istərdim:

“Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə?”

Bəli, bəzi hallarda həmin “Stop İslam!” deyənlər müxtəlif yollarla cəmiyyətimizə daxil olaraq, VII əsrdən bu yana bu torpaqlarda formalaşmış dəyər paradiqmamızın tərkibini dəyişməyə çalışırlar.

Bəzi gənc yazarların, ictimai xadimlərin dili ilə və bəzi media qurumlarını cəlb edərək bu işlərə yön verirlər. Şüuraltı islamofob yazıları bəzi çox oxunan mediada da görmək mümkündür.

Bu halların qarşısını güclə və zorla almaq mümkün deyil. Dəyər paradiqmamızı cəmiyyətə təqdim edəcək mədəniyyət layihələri və digər müasir vasitələrlə bu məsələlərə yanaşmaq lazımdır.

Nəticə olaraq:

Dəyərlərimizin qorunması və təbliği üçün ictimai təsiri güclü olan bütün vasitələrdən istifadə etməliyik. Xüsusilə təhsil və gənclər siyasəti ilə məşğul olan qurumlar bu işdə ciddi fəaliyyət göstərməlidir.

Mühafizəkar cəmiyyətimiz də bu prosesdə fəal iştirak etməlidir. Lakin mühafizəkar camia tənbəllik və durğunluq halında qalarsa, dəyər kriteriyalarımızın qorunmasında heç bir sistemli töhfə verə bilməz.

Mühafizəkarlıq siyasi bir mövqe deyil, bir dəyər kriteriyasıdır. Bu anlayış fitrət və yaradılış prinsipləri üzərində formalaşmış əxlaqi və dini dəyərlərə əsaslanır.

Amma təəssüf ki, mühafizəkar camia bu gün yalnız sosial şəbəkələrdə status paylaşmaqla və bir-birinə emoji göndərməklə kifayətlənir. Bunun tam əksinə, əsərlər yazmaq, filmlər çəkmək, konfranslar təşkil etmək və çalışmaq lazımdır.

Əgər mühafizəkar camia yalnız vaxtı gəldikdə övladını molla falaqqasına verib vəzifəsini bitmiş hesab edərsə, bu, üzərinə düşən məsuliyyəti dərk etməmək və yerinə yetirməmək deməkdir.

Bu qədər, hələ ki…

Mövzu üzrə digər xəbərlər

Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
ArabAZ analitika: Geosiyasi təhlillər

Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri

5 Sentyabr 20:31
Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

4 Sentyabr 09:00
İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran
ArabAZ təhlil mərkəzi

İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

3 Sentyabr 09:00
Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

2 Sentyabr 16:04

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.