6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal şahmatda təhlükəli gedişlər: Hindistan-Pakistan gərginliyi müharibəyə çevrilərsə...

İsrailin Yaxın Şərqdəki vəhşi davranışlarına və siyasətlərinə ən güclü dəstək verən ölkələrdən biri də məhz Hindistandır.

8 May 2025 17:11
Qlobal şahmatda təhlükəli gedişlər: Hindistan-Pakistan gərginliyi müharibəyə çevrilərsə...

BAKI,AzerVocie , Sevil Nuriyeva Turkiyegazetesi yazarı

Hindistandakı aşırı millətçi quruluş və müsəlmanlara qarşı düşmənçilik bu günün tanınmış reallıqlarındandır. İsrailin Yaxın Şərqdəki vəhşi davranışlarına və siyasətlərinə ən güclü dəstək verən ölkələrdən biri də məhz Hindistandır. Pakistanla olan düşmənçilik isə tarixi və dərin köklərə sahibdir və bu barədə kifayət qədər məlumat mövcuddur. İndi də bu xəttin bir qırılma nöqtəsinə doğru getdiyini demək mümkündür.

Lakin Hindistan-Pakistan məsələsi, Rusiya-Ukrayna müharibəsi kimi çərçivəsi dəqiq olan bir qarşıdurma deyil. Nüvə gücləri arasında olan balans bu krizi çox daha təhlükəli bir mərhələyə daşıyır. Çinin Pakistana verdiyi dəstək, Hindistanın Böyük Britaniya üçün daşıdığı strateji əhəmiyyət və Rusiyanın Hindistanla yaxın münasibətləri bölgədəki müharibə potensialını məhdudlaşdıran balans elementi yaradır. ABŞ hər nə qədər gərginliyi artırmağa meyilli olsa da, Çin və Rusiya Asiyadakı böhranların böyüməsini deyil, nəzarətdə saxlanılmasını və dayanmasını istəyir. Bu da Çin və Rusiyanın “Qlobal Qərb”ə qarşı “Qlobal Asiya” modeli qurmaq axtarışlarının bir hissəsidir. Dolayısıyla bu iki ölkə vəziyyətin siyasi istiqamətini dəyişə bilər.

Bu prosesdə ABŞ Prezidenti Donald Trampın atdığı addımlar da diqqət çəkicidir. Tramp çox tələsik davranır. Bir tərəfdən daim Rusiya ilə Ukrayna arasında sülhü müdafiə etdiyini ifadə edir, digər tərəfdən isə Türkiyəni nələrisə etməyə məcbur etməyə çalışır. Xüsusilə İsrail və Ukrayna məsələlərində Türkiyədən böyük gözləntisi olduğu açıq şəkildə görünür.

Digər tərəfdən Tramp, Rusiya ilə bağlı hələ də istədiyi nəticəni əldə edə bilməyib.

Bu mərhələdə iki sual ağıla gəlir:

  • Trampın qeyri-sabitliyi bu işi hara qədər aparacaq?
  • Ukrayna məsələsində onun beynində necə bir xəritə var?

Tramp, İrana baxışını da hələ tam şəkildə ortaya qoymayıb. Hər kəsdən nələrsə tələb edir, amma beynində nələrin olduğunu hələ dəqiq bilmirik.

Lakin bir şey çox aydındır: O, əlindəki qlobal aktyorluq rolunu Çinə uduzmaq istəmir...

Ukrayna-Rusiya müharibəsi sona çatdıqda, Hindistanın Çinə qarşı sahəyə çıxarılması gözlənilir. Bəs Hindistanla Pakistan arasındakı gərginliyi Rusiya və Çin balanslaşdırmaq istəməzmi?

Rusiyanın Hindistanla, Çinin isə Pakistanla olan münasibəti belə bir gərginliyi balanslaşdırmağa kifayət edər, təbii ki.

Günümüzdə bölüşdürmə savaşları artıq alovlanmış vəziyyətdədir. Ancaq bu savaşların nüvə səviyyəsinə çatmadan, nəzarət altında və ölçülü siyasətlə idarə olunmalı olduğu aydındır. Buna baxmayaraq, Hindistan-Pakistan xəttindəki gərginlik təsadüfi deyil. Çünki bu iki ölkə arasındakı tarixi düşmənçilik belə bir böhranın hər an partlaması üçün zəmin yaradır.

Burada məqsədi yaxşı anlamaq lazımdır.

Bu qədər sinxron hadisələr təsadüf ola bilməz; xüsusilə ABŞ-Çin qarşıdurması prosesində, Hindistan-Pakistan arasındakı, lokal olsa belə, müharibə qoxan gərginlik heç də təsadüf deyil.

Bu böhran, ABŞ-Çin qarşıdurmasının yaşandığı bir dövrdə, diqqətlə planlaşdırılmış bir ssenarinin tərkib hissəsi kimi oxunmalıdır.

Türkiyənin mövqeyi…

Türkiyə baxımından götürdükdə, Pakistana verilən tarixi dəstək milli strategiyanın bir hissəsidir. Lakin mümkün bir genişmiqyaslı müharibə, Türkiyə üçün də ciddi risklər ehtiva edir. Bu səbəblə Türkiyə, gücünü və manevr imkanlarını nəzərə alaraq ehtiyatlı və balanslı bir diplomatiya yürüdür.

Xülasə olaraq: paylaşım savaşları zəncirində Hindistan-Pakistan gərginliyi, təsadüfən baş vermiş kimi görünməməklə birlikdə, bir planın hissəsi kimi dəyərləndirilir.

Pakistan-Hindistan gərginliyi, Hindistan-Çin qarşıdurmasına çevrilə bilərmi? Çin bu prosesi necə idarə edəcək və qlobal paylaşım addımı olan bu savaşlar zəncirinə qarşı duruş göstərə biləcəkmi?

Və qlobal paylaşım savaşlarına qarşı necə bir strategiya izləyəcək?

Bu suallara dəqiq cavablar vermək və proqnozlaşdırmaq çətin olsa da, bir reallıq açıqdır:

Çinin ənənəvi “müharibəsiz qazanmaq” strategiyası üçün şərtlər getdikcə daha da sərtləşəcək.

Məqalədə: #Sevil Nuriyeva

Mövzu üzrə digər xəbərlər

Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
ArabAZ analitika: Geosiyasi təhlillər

Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri

5 Sentyabr 20:31
Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

4 Sentyabr 09:00
İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran
ArabAZ təhlil mərkəzi

İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

3 Sentyabr 09:00
Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

2 Sentyabr 16:04

Son Xəbərlər

Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
5 Sentyabr 22:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.