6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-ın Suriyada Strategiyası: Fələstin Qruplaşmaları və Mühacir Elementinin Çıxarılması Konsepti

24 May 2025 10:07
ABŞ-ın Suriyada Strategiyası: Fələstin Qruplaşmaları və Mühacir Elementinin Çıxarılması Konsepti

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Son illərdə Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslər göstərir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) bölgədəki əsas strateji maraqlarını daha sistemli şəkildə həyata keçirməyə başlamışdır. Bu prosesin mühüm bir mərhələsi Suriyadakı qeyri-dövlət aktorlarının və transmilli silahlı qrupların çıxarılması ilə bağlıdır. Bəzi məlumatlara görə, ABŞ-ın prezidenti Donald Trampın dövründə irəli sürdüyü tələblər çərçivəsində Fələstin mənşəli silahlı qrupların Suriyadan çıxarılması prosesi həyata keçirilmişdir. Bu hadisə, ABŞ-ın regionda ən yaxın müttəfiqi olan İsrailin təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.

İsrailin Təhlükəsizliyi və Regional Yenidənqurma

ABŞ-ın ərəb coğrafiyasında tətbiq etdiyi "Ərəb Turnesi" bunun üçün idi. Bu təşəbbüslər İsrailin təhlükəsizlik parametrlərinə uyğunlaşdırılır və bölgədəki "təhlükə potensialı daşıyan" aktorların neytrallaşdırılması məqsədi güdür. Suriyada yerləşən Fələstin qruplaşmaları, xüsusilə də İranla yaxınlığı olan fraksiyalar, İsrail üçün potensial təhlükə hesab olunduğundan, onların bölgədən çıxarılması ABŞ-İsrail birgə təhlükəsizlik doktrinasının tərkib hissəsidir.

Mühacir Elementi və Yeni Regional Düzən

ABŞ-ın növbəti mərhələdəki əsas prioritetlərindən biri də Suriyadan "mühacir elementi"nin çıxarılması ilə bağlıdır. Bu elementə Orta Asiya (xüsusilə Türküstan), Qafqaz və digər regionlardan gələn, döyüş təcrübəsinə malik olan və "cihad imperativi" ilə hərəkət edən şəxslər daxildir. Bu şəxslər, Suriyanın siyasi düzənində və hökumət strukturunda həm daxili, həm də xarici aktorlar üçün ciddi təhlükə mənbəyi kimi qiymətləndirilir. Onlar bu gün hətta yeni hökumət daxilində varsa da, çıxarılacaqlar.

Beynəlxalq güclər, xüsusilə də ABŞ və onun regional tərəfdaşları (İsrail, Körfəz ölkələri, Türkiyə və b.) Suriya hökumətinin stabil, idarə edilə bilən və "xarici radikal təsirlərdən təmizlənmiş" formada olmasını istəyirlər. Elə Suriya hökuməti də istəyir. Sadəcə hələ bunu açıq deyə bilmir ki, köhnə məhəlləsi onu təkfir eləməsin. Mühacir "cihadçıların" varlığı, hamının ortaq razılığı ilə hakimiyyətə gələn Əhməd Şaara hökümətinin yaranma fəlsəfəsi ilə təzad təşkil etdiyindən, onların çıxarılması, yaxud neytrallaşdırılması, post-müharibə dövründə həyata keçiriləcək əsas addımlardan biri kimi görünür.

Suriyada fələstinli silahlı qruplaşmaların çıxarılması və ardınca gəlməsi gözlənilən mühacir elementinin təmizlənməsi prosesi, ABŞ-ın bölgədəki strateji yanaşmasının və təhlükəsizlik arxitekturasının bir hissəsidir. Bu yanaşma, həm İsrailin təhlükəsizliyinin təmin olunmasına, həm də Suriyanın gələcək siyasi düzəninin formalaşdırılmasına yönəlib. Regional aktorlar üçün isə bu, qaçılmaz yeni reallıqların formalaşması deməkdir: yalnız yerli və "sistemdaxili" qüvvələrə əsaslanan bir Suriya və daha sabit, amma daha çox xarici maraqlara uyğunlaşdırılmış bir Yaxın Şərq düzəni.

Məqalədə: #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Nə üçün hicab məsələsi belə gündəm edilir?
Cəmiyyət

Nə üçün hicab məsələsi belə gündəm edilir?

3 Fevral 14:39
Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?
Cəmiyyət

Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

23 Yanvar 12:00
İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur
Cəmiyyət

İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

22 Yanvar 13:51
Eşq
Cəmiyyət

Eşq

19 Yanvar 11:48

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.