6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Hizbullah məsələsində “Ankara formulu” - Ağır silahların İrana verilməsi təklif olunur

Livan mətbuatında Türkiyə və Livan prezidentlərinin görüşündə Hizbullahın ağır silahlarının İrana təhvil verilməsi ilə bağlı yeni formulun müzakirə edildiyi iddia olunub. Yerli KİV-in məlumatına görə, təklifə əsasən silahların Ankara və Tehran nəzarəti altında İrana verilməsi, bunun İsrail qüvvələrinin Livanın cənubundan tam çıxarılması ilə eyni vaxtda həyata keçirilməsi və ABŞ ilə digər tərəflərin yeni hücum olmayacağına zəmanət verməsi nəzərdə tutulur.

9 Avqust 2026 21:30
Hizbullah məsələsində “Ankara formulu” - Ağır silahların İrana verilməsi təklif olunur

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Livan mətbuatında Türkiyə və Livan prezidentlərinin görüşündə Hizbullahın ağır silahlarının İrana təhvil verilməsi ilə bağlı yeni formulun müzakirə edildiyi iddia olunub. Yerli KİV-in məlumatına görə, təklifə əsasən silahların Ankara və Tehran nəzarəti altında İrana verilməsi, bunun İsrail qüvvələrinin Livanın cənubundan tam çıxarılması ilə eyni vaxtda həyata keçirilməsi və ABŞ ilə digər tərəflərin yeni hücum olmayacağına zəmanət verməsi nəzərdə tutulur.

İddiaya görə, Livan Prezidenti Cozef Aunın iyulun 30-da, 17 ildən sonra Türkiyəyə etdiyi səfər zamanı əsas müzakirə mövzularından biri Hizbullahın silahsızlandırılması olub.

KİV yazır ki, Aunun vəzifəyə gəldiyi vaxtdan gündəmdə saxladığı Hizbullahın raket və pilotsuz uçuş aparatlarından ibarət ağır silah arsenalının Livan ordusuna təhvil verilməsi ideyası Ankara görüşlərində fərqli müstəviyə çıxarılıb.

Silahların İrana verilməsi təklif olunur

“Ən-Nəhar”ın diplomatik mənbələrə əsaslandığını bildirdiyi məlumatda yeni mexanizmin üç əsas şərti qeyd olunur: Hizbullahın ağır silahlarının Ankara və Tehran nəzarəti altında İrana təhvil verilməsi, prosesin İsrailin Livanın cənubundan tamamilə çıxması ilə paralel aparılması və ABŞ-la əlaqəli ölkələrin yeni hücumların olmayacağına təminat verməsi.

Məlumata görə, vasitəçilər Hizbullahın yüngül və orta çaplı silahlarını hazırkı mərhələdə saxlamasına etiraz etmir. Lakin Hizbullahın təklif olunan mexanizmə hələlik cavab vermədiyi bildirilir.

Qəzetin iddiasına əsasən, təşkilat ABŞ və İran arasında danışıqlarda irəliləyiş əldə olunmasını, Hörmüz boğazı ilə bağlı yekun razılaşmanın əldə edilməsini və tərəflər arasında qarşıdurmanın dondurulmasını gözləyir.

ABŞ-ın razılığı əsas şərt kimi göstərilir

Məlumatda bu formulun ABŞ-ın dəstəyi olmadan həyata keçirilməsinin mümkün olmadığı vurğulanır. Razılaşma əldə ediləcəyi təqdirdə Livan-İsrail sərhədinə nəzarət edəcək beynəlxalq qüvvənin yaradılması üçün Roma və digər əlaqəli paytaxtlarda danışıqların başlanmasının nəzərdə tutulduğu bildirilir.

Bununla belə, İsrailin bu qüvvənin yaradılmasına hələ razılıq vermədiyi qeyd olunur.

“Ən-Nəhar” Türkiyənin ABŞ administrasiyası ilə yekun razılığa gəldikdən sonra İranla koordinasiya şəraitində belə bir həll prosesində iştirak etməyə qarşı olmadığını iddia edib.

Ankara Hizbullahın İsraillə qarşıdurmada məğlub olmasını istəmir

Qəzetin təhlilində Türkiyənin əvvəllər Hizbullahın Suriyadakı mövcudluğunu və Bəşşar Əsəd rejiminə dəstəyini qəbul etmədiyi, lakin təşkilatın İsrail qarşısında məğlubiyyətə uğramasını da istəmədiyi irəli sürülüb.

Analizdə Prezident Rəcəb Tayyib Ərdoğanın regionda İsrailin təsir dairəsinin genişlənməsindən narahat olduğu və Suriyanın Prezidenti Əhməd əş Şəraaya qüvvələrini Hizbullahla mübarizə aparmaq üçün Livana göndərməməsi barədə çağırışın da bu strategiyanın tərkib hissəsi olduğu iddia edilir.

Türkiyə hərbçiləri Livanın cənubuna göndəriləcək?

Bununla yanaşı, Türkiyənin Livanın cənubuna hərbi kontingent göndərməsi ehtimalının da müzakirə edildiyi bildirilir.

Qəzetə danışan yüksək rütbəli türk rəsmisinin sözlərinə görə, Vaşinqtonla danışıqlar hələ yekunlaşmayıb və tam razılaşma əldə edilmədən Türkiyə hərbçilərinin bölgəyə göndərilməsi gözlənilmir.

Qeyd edək ki, bütün bu məlumatlar Livanın “Ən-Nəhar” qəzetinin diplomatik mənbələrə istinadən yaydığı iddialardır və təqdim olunan formulun yekun razılaşma kimi qəbul edilməsi üçün tərəflərin rəsmi təsdiqi tələb olunur.

Məqalədə: #Livanın cənubu #Hizbullahın silahsızlandırılması #Ankara formulu #Türkiyə Livan münasibətləri #Rəcəb Tayyib Ərdoğan Cozef Aun #Hizbullahın ağır silahları #Hizbullah silahlarının İrana verilməsi #Livan İsrail münaqişəsi #İsrailin Livandakı hərbi əməliyyatları

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib
Livan

İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

3 Sentyabr 18:44
Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT
Livan

Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

1 Sentyabr 20:46
BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri
Livan

BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

29 Avqust 22:42

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.