12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

UEFA Çempiyonlar Liqasında skandal penalti qərarı

13 Mart 2025 14:23
UEFA Çempiyonlar Liqasında skandal penalti qərarı

Bakı, AzerVoice

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən Madrid derbisində mərhələni keçən tərəf "Real Madrid" oldu.

AzerVoice xəbər verir ki, "Atletiko" evdə 2-1 hesabı ilə məğlub etdiyi əzəli rəqibinə səfərdə 1-0 uduzsa da, penaltilərə gedən matçdan qalib ayrıldı.

"Real Madrid" növbəti mərhələyə yüksələrkən, Atletico Madrid üçün isə bu mövsüm Avropa macərası başa çatıb. Lakin matçın penalti seriyasında Julian Alvarezin qeydə alınmayan zərbəsi mübahisələrə səbəb oldu.

"Atletiko"nun argentinalı ulduzu penalti zamanı topu qapıya göndərdi. Lakin qısa müddət sonra VAR müdaxiləsi gəldi. Alvarez penaltini yerinə yetirərkən topun digər ayağına da toxunduğu üçün vuruş etibarsız sayıldı.

Matçdan sonra "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone bu epizoda etirazını bildirdi.

"Daha əvvəl penaltilərdə VAR-ın müdaxilə etdiyini görməmişdim. Görüntülərə baxdım, qolu saymaq olar ya yox, mübahisəlidir. Julian penaltini yerinə yetirərkən top hərəkət etmirdi. Onların topa iki dəfə toxunduğunu gördüklərinə inanmaq istəyirəm," – deyə o qeyd edib.

"Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua həmin epizodu ilk görən şəxs olduğunu və hakimi xəbərdar etdiyini bildirib.

"İki dəfə toxunduğunu hiss etdim və hakimin yanına gedib bunu dedim. Bunu görmək asan deyildi. Onlar üçün bədbəxt bir hal oldu," – deyə Kurtua qeyd edib.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti isə epizodla bağlı, "Mənə elə gəldi ki, topa sol ayağı ilə toxundu" deyə bildirib.

Məqalədə: #Çempionlar Liqası #Real Madrid #Atletiko Madrid

Mövzu üzrə digər xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

10 Sentyabr 11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.