11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Ançelotti Braziliya millisini idarə edəcək

29 Aprel 2025 15:18
Ançelotti Braziliya millisini idarə edəcək

BAKI,AzerVoice

Braziliya Futbol Federasiyası (CBF) Karlo Ançelottinin iyun ayında keçiriləcək iki CONMEBOL Dünya Çempionatı seçmə oyununda milli komandaya rəhbərlik edəcəyini gözləyir.

AzerVoice xəbər verir ki, Real Madrid-in baş məşqçisi Karlo Ançelotti ilə Braziliya arasında hələ rəsmi razılaşma olmasa da, son günlərdə aparılan danışıqlar optimizm yaradıb və mənbələr bildirir ki, Ancelotti CBF-yə gəlişi üçün planlar qurmağa başlaya biləcəyini deyib.

CBF Ançelottinin La Liqa mövsümünün son oyunundan iki gün sonra, 26 mayda Rio-de-Janeyroda olacağını gözləyir. Ancelottinin Real Madrid-lə müqaviləsi 2026-cı ilin iyununa qədər davam etsə də, o, klub prezidenti Florentino Perez ilə mövsümün sonunda ayrılmaq barədə danışıqlar aparacaq.

Ançelotti Real Madrid tarixinin ən uğurlu məşqçilərindən biri olsa da, bu mövsüm klub üçün uğursuz olub. Madrid Çempionlar Liqasının 1/4 finalında Arsenala, Kral Kubokunun finalında isə Barcelonaya uduzub və La Liqada Barcelonadan dörd xal geridədir.

Braziliya mart ayından bəri baş məşqçisizdir və hazırda seçmə mərhələdə dördüncü yerdədir. Komanda 4 iyunda Ekvadora, 9 iyunda isə Paraqvaya qarşı oynayacaq. Ancelotti vaxtında Madrid-dən ayrılsa, Real Madrid yayda keçiriləcək Klub Dünya Kubokunda yeni baş məşqçi və ya müvəqqəti çalışdırıcı tapmalı olacaq.

Məqalədə: #UEFA #Braziliya #Çempionlar Liqası #Real Madrid #Barcelona #Karlo Ançelotti #İspaniya La Liqası #CONMEBOL

Mövzu üzrə digər xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

15:44
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

10 Sentyabr 11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39

Son Xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.