7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Messi və Suares öz futbol klublarını qurublar

27 May 2025 22:26
Messi və Suares öz futbol klublarını qurublar

BAKI, AzerVoice

MLS-in “İnter Mayami” klubunun futbolçuları – səkkizqat “Qızıl top” sahibi argentinalı Lionel Messi və “Barselona” ilə beş dəfə İspaniya çempionu olmuş uruqvaylı Luis Suares öz futbol klublarını qurublar.

AzerVoice xəbər verir ki, bu barədə Suares X sosial şəbəkəsində məlumat verib.

Yeni yaradılan komanda “Deportivo LSM” adlandırılıb və Uruqvay çempionatının güc baxımından dördüncü divizionunda çıxış edəcək. “LSM” adı futbolçuların adlarının baş hərflərini əks etdirir.

“Bu gün mən sevdiyim və böyüdüyüm Uruqvay futboluna yeniyetmələr və uşaqlar üçün inkişaf imkanları yaratmaq istəyirəm. Bu səbəbdən, yeni klubla birlikdə Uruqvay Futbol Federasiyasının təşkil etdiyi yarışlarda iştirak etməyə qərar verdik. Bu bizim üçün böyük bir addım və ailəmlə birlikdə inandığımız layihənin tərkib hissəsidir” - deyə, Luis Suares bildirib.

“Bu yuxu burada bitmir. Onu ailəmiz, dostlarımız və bizə yaxın insanlarla paylaşırıq. Uşaqlıqdan çox ortaq yanlarımız olub, futbolun zirvələrində birgə təcrübələr yaşamışıq. Məhz bu səbəbdən bu layihəni sizə təqdim etmək istədim. Bu layihə futbol haqqında baxışlarımızı paylaşmaq üçün ideal fürsətdir” - deyə, Lionel Messi vurğulayıb.

Hazırda Messi və Suaresin çıxış etdiyi “İnter Mayami” MLS-in Şərq Konfransında 14 oyundan sonra 23 xalla yeddinci yerdə qərarlaşıb. Komanda növbəti oyununu mayın 29-da evdə “Monreal”a qarşı keçirəcək.

Məqalədə: #Lionel Messi #İnter Mayami #Luis Suares

Mövzu üzrə digər xəbərlər

“İnter Mayami” Neymarı transfer etmək istəyir
ArabSport

“İnter Mayami” Neymarı transfer etmək istəyir

10 Avqust 11:18
2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək
ArabSport

2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

18 İyul 13:11
İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat
ArabSport

İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

15 İyul 14:53
Misir səddinə qarşı böyük geri dönüş: Messi niyə ən yaxşı olduğunu sübut etdi
ArabSport

Misir səddinə qarşı böyük geri dönüş: Messi niyə ən yaxşı olduğunu sübut etdi

8 İyul 10:20

Son Xəbərlər

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.