4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Ronaldo Luis Diaz üçün Əl-Nəsrə çağırış edib

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo, Əl-Nəsr rəhbərliyindən Liverpulun ulduz futbolçusu Luis Diazın transferi üçün hərəkətə keçməyi tələb edir.

17 İyul 2025 11:13
Ronaldo Luis Diaz üçün Əl-Nəsrə çağırış edib

BAKI, AzerVoice

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo, Əl-Nəsr rəhbərliyindən Liverpulun ulduz futbolçusu Luis Diazın transferi üçün hərəkətə keçməyi tələb edir.

AzerVoice xəbər verir kiİddialara görə, Ronaldo kolumbiyalı cinah hücumçusunun transferi uğrunda Barselona və Bavariya ilə rəqabətə qoşulmaqda israrlıdır.

Luis Diaz 2024–25 mövsümündə Liverpulla Premyer Liqa çempionluğunu yaşasa da, gələcəyi ilə bağlı suallar artmaqdadır. Dünyanın müxtəlif klublarından böyük məbləğdə təkliflər gözlənilir. Xüsusilə Barselona Diazı Lamin Yamal və Robert Levandovski ilə hücum xəttində birləşdirmək istəyir. Lakin maliyyə imkanlarının məhdudluğu səbəbindən Kataloniya nəhəngi transferi reallaşdırmaqda çətinlik çəkir.

Almaniyanın Bavariya klubu da Diazla maraqlanır və bu transferin Hərri Keyn üçün yeni ötürmə imkanları yaradacağı bildirilir.

Səudiyyə Ərəbistanında Əl-Nəsr ilə rekord məbləğdə yeni iki illik müqavilə imzalayan Ronaldo klubda transfer siyasətinə daha çox təsir imkanına sahib olub. Məlumata görə, o, şəxsən Diazın komandaya cəlb olunması üçün çağırışlar edir və rəhbərliyə təzyiq göstərir.

28 yaşlı kolumbiyalı futbolçu hələlik Liverpuldan ayrılmaq niyyətini açıq şəkildə bildirməyib. Bununla belə, Səudiyyə Ərəbistanında təklif olunan yüksək məvacib və digər cazibədar imkanlar onun qərarına təsir göstərə bilər. Diazın Kolumbiya yığmasındakı mövqeyi isə təhlükə altında deyil – çünki Səudiyyə Pro Liqasında artıq bir neçə kolumbiyalı futbolçu çıxış edir.

Hazırda transfer bazarında vəziyyət gərgin olaraq qalır və Luis Diazın gələcək ünvanı yaxın günlərdə futbol ictimaiyyətinin diqqət mərkəzində olacaq.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Portuqaliya #Ronaldo #Liverpool #Kriştiano Ronaldo #İngiltərə Premyer Liqası

Mövzu üzrə digər xəbərlər

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

14:11
Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb
Səudiyyə Ərəbistanı

Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb

12:26
LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib
Səudiyyə Ərəbistanı

LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib

12:16
Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri etimadnaməsini təqdim edib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri etimadnaməsini təqdim edib

09:39

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.