Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Səudiyyə Ərəbistanı “Hamı üçün idman” Federasiyasının təşkilatçılığı ilə 10-cu Ərəb “Hamı üçün idman” festivalı başlayıb.
ArabAZ xəbər verir ki,festivalda Ərəb ölkələrindən olan idmançılar, mütəxəssislər və idman təşkilatlarının nümayəndələri iştirak edir. Tədbir çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, məşğələlər və iştirakçıların fiziki fəallığını artırmağa yönəlmiş tədbirlər keçirilir.
Festivalın keçirilməsində əsas məqsəd bütün yaş qrupları arasında idmanın və fiziki aktivliyin təşviq edilməsi, sağlam həyat tərzinin formalaşdırılması və cəmiyyətdə idman mədəniyyətinin inkişaf etdirilməsidir.
Tədbir həmçinin Ərəb ölkələri arasında idman sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması və idmanın sosial əhəmiyyətinin artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.
Festival çərçivəsində iştirakçılar müxtəlif idman fəaliyyətləri ilə yanaşı, idmanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə yönəlmiş proqramlarda da iştirak edirlər.