6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

"Mançester Yunayted" Rikardo Matiasla maraqlanır

İngiltərə Premyer Liqa klublarından “Mançester Yunayted” Braziliyanın “İnternasional” klubunun gənc hücumçusu Rikardo Matiasla maraqlanır. Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçunu izləmək üçün Marakana stadionuna skaut heyəti göndərib.

10 Avqust 2025 11:27
"Mançester Yunayted" Rikardo Matiasla maraqlanır

BAKI, AzerVoice, Səməd Əyyubov

İngiltərə Premyer Liqa klublarından “Mançester Yunayted” Braziliyanın “İnternasional” klubunun gənc hücumçusu Rikardo Matiasla maraqlanır.

AzerVoice-un məlumatına görə, Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçunu izləmək üçün Marakana stadionuna skaut heyəti göndərib.

Həftə içi keçirilən oyunda ehtiyatdan meydana daxil olan Matias, “Mançester Yunayted”in skautu, keçmiş futbolçu Karlos Alberto Torresin oğlu Aleksandre Torresin diqqətini çəkib. O, rəsmi tapşırıqla klub adından tribunada olub.

“Yunayted”in marağından əvvəl də Matias artıq Avropanın böyük klublarının və yerli investorların diqqət mərkəzinə düşmüşdü. PSV “Eyndhoven” onu Erediviziyaya (Eredivisie) gətirmək üçün cəhd göstərib, iki braziliyalı investisiya qrupu isə oyunçunun hüquqlarını almaq istiqamətində addımlar atıb. Lakin bu təşəbbüslərin heç biri konkret transferlə nəticələnməyib. Premyer Liqadan adı açıqlanmayan başqa bir klub isə artıq ciddi marağını göstərmək üçün məktub göndərib.

Qeyd edək ki, Matias, olduqca sürətli və çevikdir. Onun oyun üslubu tez-tez Robert Levandovskiyə bənzədilir. “Bavariya”nın ulduzu kimi Matias da boş sahə yaratmaq, geri çəkilib top almaq və komanda yoldaşları ilə uyğun şəkildə oynamaq baxımından yetərincə bacarıqlıdır.

Matius 2022-ci ildə “Nova İquaçu”dan “İnternasional”a keçdikdən sonra məhdud oyun şansı qazansa da, müsbət təəssürat yaradıb. Porto Aleqre təmsilçisində 17 əsas komanda oyununda iştirak edib və 3 qol vurub.

Məqalədə: #Mançester Yunayted #Rikardo Matias #Mançester Yunayted transfer xəbərləri #Rikardo Matias transfer iddiaları #Marakana stadionu skaut müşahidəsi #Aleksandre Torres Mançester Yunayted #PSV Eyndhoven transfer cəhdi #Braziliya futbolçularına investor marağı #Premyer Liqa transfer hədəfləri

Mövzu üzrə digər xəbərlər

Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb
Türkiyə

Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

21 Avqust 09:24
Bruno Fernandeş “Mançester Yunayted”də qalacaq?
ArabSport

Bruno Fernandeş “Mançester Yunayted”də qalacaq?

13 İyun 14:20
Karrik Fernandesin Yunayteddə qalacağını təsdiqlədi
ArabSport

Karrik Fernandesin Yunayteddə qalacağını təsdiqlədi

25 May 11:31
Amorim Mançester Yunayteddən sonra Portuqaliyaya qayıdır
ArabSport

Amorim Mançester Yunayteddən sonra Portuqaliyaya qayıdır

19 May 14:46

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.