5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

"Kristal Pelas" tarixində ilk dəfə İngiltərə Superkubokunun qalibi olub

“Kristal Pelas” klubu İngiltərə Superkuboku matçında penaltilər seriyasında “Liverpul”u məğlub edib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. “Kristal Pelas”ın heyətində Jan-Filipp Mateta (17-ci dəqiqə, penalti) və İsmaila Sarr (77) fərqləniblər. “Liverpul”un qollarını Uqo Ekitike (4) və Ceremi Frimponq (21) vurub. Penaltilərdə “Kristal Pelas” 3:2 hesabı ilə üstün olub.

10 Avqust 2025 20:52
"Kristal Pelas" tarixində ilk dəfə İngiltərə Superkubokunun qalibi olub

BAKI, AzerVoice, Səməd Əyyubov

“Kristal Pelas” klubu İngiltərə Superkuboku matçında penaltilər seriyasında “Liverpul”u məğlub edib.

AzerVoice xəbər verir ki, oyun Londonun “Uembli” stadionunda keçirilib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. “Kristal Pelas”ın heyətində Jan-Filipp Mateta (17-ci dəqiqə, penalti) və İsmaila Sarr (77) fərqləniblər. “Liverpul”un qollarını Uqo Ekitike (4) və Ceremi Frimponq (21) vurub. Penaltilərdə “Kristal Pelas” 3:2 hesabı ilə üstün olub.

Ekitike və Frimponq “Liverpul”dakı ilk rəsmi oyunlarında debüt qollarını vurublar. Frimponq may ayında Almaniyanın “Bayer” Leverkuzen klubundan transfer olunub və ötən il Bundesliqa çempionu olub. Ekitike isə iyulda Almaniyanın “Ayntraxt” klubundan keçib.

Qeyd edək ki, “Kristal Pelas” tarixində ilk dəfə İngiltərə Superkubokunu qazanıb. “Liverpul” isə bu titulu 16 dəfə qazanıb və bu göstəricidə yalnız “Arsenal”a (17) və “Mançester Yunayted”ə (21) uduzur. Ötən mövsüm “Liverpul” 20-ci dəfə İngiltərə çempionu olub. May ayında isə “Kristal Pelas” ilk dəfə ölkə kubokunu qazanaraq finalda “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edib.

Məqalədə: #Bayer #Bayer Leverkusen #Mançester Siti #Arsenal #Liverpool #İngiltərə Premyer Liqası #Kristal Pelas #İngiltərə Superkuboku #Ceremi Frimponq #Jan-Filipp Mateta

Mövzu üzrə digər xəbərlər

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
Martinelli "Qalatasaray"ı rədd etdi
Digər Xəbərlər

Martinelli "Qalatasaray"ı rədd etdi

15 Avqust 13:16
"Liverpul" Qakponu satmaq niyyətində deyil
ArabSport

"Liverpul" Qakponu satmaq niyyətində deyil

3 Avqust 16:03
"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb
ArabSport

"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

31 İyul 19:58

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.