12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Fenerbahçe Göztəpə səfəri ilə mövsümə başlayır

Trendyol Super Liqasında 2025–2026 mövsümünə səfərdə Göztəpə oyunu ilə başlayacaq Fenerbahçe, mövsüm öncəsi ümumilikdə 8 qarşılaşma keçirdi. Fənərlilər bu müddət ərzində 6 yoxlama oyunu, 2 isə rəsmi matç oynadı. İlk oyununu Fenerbahçe Can Bartu Təlim Mərkəzində Karagümrüklə keçirən komanda, bu görüşdən 2:2 bərabərliklə ayrıldı. Bu oyundan sonra Portuqaliyaya təlim-məşq toplanışına yollanan Fenerbahçe burada da 4 yoxlama matçında iştirak etdi.

14 Avqust 2025 12:35
Fenerbahçe Göztəpə səfəri ilə mövsümə başlayır

BAKI, AzerVoice, Nailə Babazadə

Trendyol Super Liqasında 2025–2026 mövsümünə səfərdə Göztəpə oyunu ilə başlayacaq Fenerbahçe, mövsüm öncəsi ümumilikdə 8 qarşılaşma keçirdi.

AzerVoice xəbər verir ki,Fənərlilər bu müddət ərzində 6 yoxlama oyunu, 2 isə rəsmi matç oynadı.

İlk oyununu Fenerbahçe Can Bartu Təlim Mərkəzində Karagümrüklə keçirən komanda, bu görüşdən 2:2 bərabərliklə ayrıldı. Bu oyundan sonra Portuqaliyaya təlim-məşq toplanışına yollanan Fenerbahçe burada da 4 yoxlama matçında iştirak etdi.

Sırasıyla Portuqaliya təmsilçiləri olan Portimonenseni 2:1, Uniao de Leirianı isə 2:0 hesabı ilə məğlub edən sarı-lacivərtlilər, dünya ulduzlarını heyətində birləşdirən Al-Ittihad qarşısında isə 4:0 hesablı inamlı qələbə qazandı. Hazırlıq mərhələsindəki son oyununda isə Portuqaliyanın güclü komandası Benficaya 3:2 hesabı ilə uduzdu.

Portuqaliya toplanışından sonra İstanbula qayıdan Fenerbahçe, son hazırlıq matçını evində İtaliyanın güclü təmsilçisi Lazioya qarşı keçirdi.

Baş məşqçi Joze Mourinhonun komandası azarkeşlərinin önündə keçirdiyi bu qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrıldı.

Fenerbahçe yeni mövsümdə Super Liqaya başlamazdan əvvəl ilk rəsmi oyunlarını Avropa səhnəsində keçirdi.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Niderland nəhəngi Feyenoordla qarşılaşan Fenerbahçe, ilk oyunu səfərdə 2:1 hesabı ilə uduzdu.

Ancaq Kadıköydə baş tutan cavab görüşündə rəqibini 5:2 hesabı ilə məğlub edən Mourinho və komandası pley-off mərhələsinə vəsiqə qazandı.

Fenerbahçe mövsüm öncəsi oyunlarda hücum xəttində yüksək performans göstərdi.

Joze Mourinhonun yetirmələri oynadığı 8 matçda 19 qol vurdu, lakin qapısından 10 qol buraxmaqdan da yayına bilmədi.

Məqalədə: #UEFA #Fenerbahçe #Avropa liqası #UEFA Millətlər Liqası #UEFA Avropa Liqası #UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi #Türkiyə Super Liqası #UEFA Çempionlar Liqası #Süper Liqa rekord qollar #Süper Liqa sürətli qollar #Süper Liqa erkən qollar

Mövzu üzrə digər xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

10 Sentyabr 11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.