4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Kai Havertz Almaniya millisinin heyətindən çıxarılıb

Arsenalın alman futbolçusu Kai Havertz dizindəki zədə səbəbindən sentyabr ayında keçiriləcək DÇ-2026 seçmə mərhələsinin oyunlarında Almaniya millisinin heyətinə daxil edilməyib. Havertz yeni mövsümün ilk turunda Mançester Yunaytedlə oyunda zədələnərək meydanı yarımçıq tərk edib.

26 Avqust 2025 14:37
Kai Havertz Almaniya millisinin heyətindən çıxarılıb

BAKI, AzerVoice, Fərid Mikayılov

Arsenalın alman futbolçusu Kai Havertz dizindəki zədə səbəbindən sentyabr ayında keçiriləcək DÇ-2026 seçmə mərhələsinin oyunlarında Almaniya millisinin heyətinə daxil edilməyib.

AzerVoice xəbər verir ki, 26 yaşlı hücumçunun Slovakiya və Şimali İrlandiyaya qarşı görüşlərdə iştirak etməyəcəyi dəqiqləşib.

Havertz yeni mövsümün ilk turunda Mançester Yunaytedlə oyunda zədələnərək meydanı yarımçıq tərk edib.

O, ötən həftəsonu Arsenalın Lids üzərində 5:0 hesablı qələbəsində də iştirak etməyib. Baş məşqçi Mikel Arteta futbolçunun vəziyyəti ilə bağlı əlavə açıqlama verməyib.

Arsenal üçün Havertzin itkisi ciddi zərbədir. Komandanın digər hücumçusu Qabriel Jesus da diz əməliyyatından sonra oynaya bilmir. Bu səbəbdən hücum xəttində əsas məsuliyyət yay transfer pəncərəsində komandaya qoşulan Viktor Gyökeresin üzərinə düşəcək. Bununla yanaşı, Ebereçi Ezenin də gəlişi Artetanın seçim imkanlarını müəyyən qədər artırır.

London təmsilçisi ümid edir ki, Havertzin əməliyyata ehtiyacı olmayacaq. Əks halda, futbolçu bir neçə həftə deyil, aylarla meydanlardan kənarda qala bilər. Arsenal növbəti turda çempionluğun əsas iddiaçılarından olan Liverpulla qarşılaşacaq.

Məqalədə: #Almaniya #FİFA #Slovakiya #Arsenal #İngiltərə Premyer Liqası #2026 Dünya Çempionatı seçmə mərhələ #Viktor Gyökeres #Kai Havertz #Şimali İrlandiya

Mövzu üzrə digər xəbərlər

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

11:31
Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi
ArabSport

Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi

29 Avqust 17:04
Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful
Digər Dövlətlər

Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

24 Avqust 14:23

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.