12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Nitsa klubu 200 milyon avroya satışa çıxarılıb

Mançester Yunayted klubunun azlıq səhmdarı və INEOS şirkətinin sahibi Jim Ratklif, Fransanın Nitsa klubunu satışa çıxarmağa hazırlaşır. Klubun satış qiyməti təxminən 200 milyon avro olaraq müəyyən edilib və rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.

17 Sentyabr 2025 14:56
Nitsa klubu 200 milyon avroya satışa çıxarılıb

BAKI, AzerVoice, Fərid Mikayılov

Mançester Yunayted klubunun azlıq səhmdarı və INEOS şirkətinin sahibi Jim Ratklif, Fransanın Nitsa klubunu satışa çıxarmağa hazırlaşır.

AzerVoice xəbər verir ki, klubun satış qiyməti təxminən 200 milyon avro olaraq müəyyən edilib və rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.

Ratklif 2019-cu ildə Nitsanı təxminən 100 milyon avro (89 milyon funt) qarşılığında almışdı. Lakin bu müddətdə klubun inkişafında gözlənilən addımların atılmaması səbəbindən milyarder tez-tez tənqid edilib. O, hətta mart ayında verdiyi açıqlamada “Nitsa oyunlarını izləməkdən zövq almıram, futbol səviyyəsi mənim üçün kifayət qədər həyəcanverici deyil” sözləri ilə gündəm olmuşdu.

Baş məşqçi Franck Haise isə həmin vaxt Ratklifin mövsüm ərzində komandanın oyununu izləmədiyini açıqlamışdı.

Satışla bağlı yayılan xəbərlərdə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF)nun Nitsaya maraq göstərə biləcəyi qeyd olunur. Maraqlı tərəflərin yaxın həftələrdə rəsmi addımlar atacağı gözlənilir.

Ratklifin diqqəti hazırda əsasən Mançester Yunayteddəki vəziyyətə yönəlib. Komanda son 33 ilin ən zəif mövsüm startını edib və baş məşqçi Ruben Amorimin mövqeyi ciddi şəkildə sual altındadır. İngiltərə mətbuatına görə, Amorimin postunu qoruması üçün cəmi üç oyun şansı qalıb. Əgər vəzifəsindən uzaqlaşdırılarsa, klub onun müqaviləsinə görə 12 milyon funt təzminat ödəməli olacaq.Q

Məqalədə: #Səudiyyə Ərəbistanı #Mançester Yunayted #İngiltərə Premyer Liqası #Nitsa #Jim Ratklif #Ruben Amorim #Franck Haise #INEOS

Mövzu üzrə digər xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

10 Sentyabr 11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.