Amorim Mançester Yunayteddən sonra Portuqaliyaya qayıdır
Mançester Yunaytedin keçmiş baş məşqçisi Ruben Amorim Portuqaliya klubu Benfikada yeni məşqçi təyinatı üçün ön plana çıxıb. Amorim daha əvvəl Sportinq ilə uğurlu nəticələr qazanaraq Portuqaliyada möhkəm nüfuz qazanıb. Mourinyonun Real Madridə keçəcəyi xəbəri klubda yeni kampaniya üçün Amorimin üstün namizəd kimi görülməsinə səbəb olub.
Mançester Yunayted Ruben Amorimi baş məşqçi postundan azad etdi
İngiltərənin Mançester Yunayted klubu baş məşqçi Ruben Amorim ilə yollarını ayırıb. Klubun qərarı rəsmi olaraq X sosial şəbəkəsindəki hesabı vasitəsilə açıqlanıb. Ruben Amorim Mançester Yunaytedə 2024-cü ilin payızında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda əvvəlki mövsümdə Premyer Liqanı 15-ci pillədə başa vurub. Bununla yanaşı, Mançester Yunayted UEFA Avropa Liqasının finalına yüksəlib, lakin həlledici görüşdə Tottenhemə məğlub olub.
Mançester Yunayted Bellinqemi heyətinə qatmaq istəyir
İngiltərənin Mançester Yunayted klubu Almaniyanın Borussiya Dortmund komandasının gənc yarımmüdafiəçisi Jobe Bellinqemi transfer etmək niyyətindədir. Gənc yarımmüdafiəçi ötən mövsüm Sanderlend klubunda parlaq çıxışı ilə diqqət çəkmiş, komandasına Premyer Liqaya yüksəlməkdə mühüm rol oynamışdı. Bu uğurun ardından Borussiya Dortmund onun transferi üçün 33 milyon avro ödəyərək futbolçunu heyətinə cəlb edib.
Mançester Yunayteddə böhran - Ruben Amorim üçün son şans
Premyer Liqada ilk altı turdan sonra Yunayted cəmi iki qələbə qazanaraq 14-cü pillədə qərarlaşıb, Liqa Kubokunda isə dördüncü liqa təmsilçisi “Qrimsbi”yə biabırçı məğlubiyyətlə mübarizədən kənar qalıb. Komanda son turda “Brentford” qarşısında yenidən ağır itki yaşayıb ki, bu da həm azarkeşlər, həm də klubun daxilində narazılığı daha da artırıb.
Mançester Yunayteddə böhran - Ratklif Amorimlə görüşüb
Mançester Yunaytedin azlıq səhmdarı Sir Cim Ratklif klubun zəif nəticələri fonunda baş məşqçi Ruben Amorimlə təcili görüş keçirib. Ratklif cümə axşamı helikopterlə Karrinqton bazasına gələrək Amorim və klub rəhbərliyinin digər nümayəndələri ilə danışıqlar aparıb.
Nitsa klubu 200 milyon avroya satışa çıxarılıb
Mançester Yunayted klubunun azlıq səhmdarı və INEOS şirkətinin sahibi Jim Ratklif, Fransanın Nitsa klubunu satışa çıxarmağa hazırlaşır. Klubun satış qiyməti təxminən 200 milyon avro olaraq müəyyən edilib və rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.