12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Ronaldo yenidən Avropada oynaya bilər?

Ronaldo bu günədək ardıcıl “Qızıl buts” mükafatları qazanaraq yüksək performansını davam etdirib. Yeni müqavilə isə onu 42 yaşına qədər Əl-Nəsr-də saxlayacaq. İddialara görə, Avropaya qayıdış ehtimalı olsa da, klubların onun maliyyə şərtlərini qarşılamaq istəyi yoxdur.

22 Sentyabr 2025 16:47
Ronaldo yenidən Avropada oynaya bilər?

BAKI, AzerVoice, Fərid Mikayılov

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun Avropada futbol oynamaq ehtimalı çox zəifdir.

AzerVoice xəbər verir ki, bu barədə onun Mançester Yunayteddəki keçmiş məşqçisi Rene Meulensteen açıqlama verib.

Hazırda Əl-Nəsr klubunda çıxış edən Ronaldo yeni müqavilə ilə daha iki il Səudiyyə Ərəbistanında qalacaq.

2023-cü ildə Mançester Yunaytedlə müqaviləsinə son verilən Ronaldo, Səudiyyə Ərəbistanına keçərək yeni dövrün başlanğıcını qoymuşdu. Daha sonra digər dünya ulduzlarının da Pro Liqaya gəlişi ilə çempionat tanınmağa başladı.

Ronaldo bu günədək ardıcıl “Qızıl buts” mükafatları qazanaraq yüksək performansını davam etdirib. Yeni müqavilə isə onu 42 yaşına qədər Əl-Nəsr-də saxlayacaq. İddialara görə, Avropaya qayıdış ehtimalı olsa da, klubların onun maliyyə şərtlərini qarşılamaq istəyi yoxdur.

Meulensteen əlavə edib ki, Ronaldonu Səudiyyədə saxlayan yalnız pul deyil, həm də Asiya Çempionlar Liqasında oynamaq imkanıdır. Bu, eyni zamanda onun Portuqaliya millisində forma geyinməsini də təmin edir.

Əl-Nəsrdəki çıxışları ilə hələ də məhsuldar olan Ronaldo, Portuqaliya millisində yerini qoruyur. O, növbəti Dünya Kubokunda iştirak etmək və karyerası boyunca 1000 qol hədəfinə çatmaq niyyətindədir.

Məqalədə: #Avropa #Səudiyyə Ərəbistanı #Portuqaliya #Mançester Yunayted #Kriştiano Ronaldo #Əl-Nəsr #Pro Liqa #Rene Meulensteen

Mövzu üzrə digər xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

10 Sentyabr 11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.