6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Super Liqada böyük qarşılaşma - Okan Buruk və Sərgən Yalçının performans müqayisəsi

Trendyol Super Liqanın 8-ci turunda Qalatasaray ilə Beşiktaş arasında RAMS Parkda keçiriləcək böyük derbi öncəsi hər iki komandanın baş məşqçiləri Okan Buruk və Sərgən Yalçının derbi performansları diqqət mərkəzinə çıxıb. Qalatasaray, Okan Burukun başçılığı altında Beşiktaşa qarşı əhəmiyyətli üstünlük əldə edib.

4 Oktyabr 2025 14:30
Super Liqada böyük qarşılaşma - Okan Buruk və Sərgən Yalçının performans müqayisəsi

BAKI,AzerVoice, Fərid Mikayılov

Trendyol Super Liqanın 8-ci turunda Qalatasaray ilə Beşiktaş arasında RAMS Parkda keçiriləcək böyük derbi öncəsi hər iki komandanın baş məşqçiləri Okan Buruk və Sərgən Yalçının derbi performansları diqqət mərkəzinə çıxıb.

AzerVoice xəbər verir ki, Qalatasaray, Okan Burukun başçılığı altında Beşiktaşa qarşı əhəmiyyətli üstünlük əldə edib.

Burukun rəhbərliyi ilə oynanan 6 liqa matçında “Cimbom” 4 qələbə qazanıb, 2 dəfə məğlub olub. Bu oyunlarda sarı-qırmızılılar 9 qol vurub, 8 qol buraxıb.

Fənərbaxçaya qarşı isə Okan Buruk 6 liqa qarşılaşmasında 3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət yaşayıb. Onun komandası bu matçlarda 9 qol vurub, cəmi 2 qol buraxıb.

Beşiktaşın çalışdırıcısı Sergen Yalçın, Qalatasarayla liqada indiyədək 4 dəfə üz-üzə gəlib. Bu matçların nəticəsi 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət olub. Yalçının komandası bu oyunlarda 5 qol vurub, 4 qol buraxıb.

Sərgən Yalçın rəhbərliyində Beşiktaş Fənərbaxçaya qarşı məğlubiyyət yaşamayıb. Üç qarşılaşmanın ikisində qalib gələn “qara-ağlılar” bir oyunda heç-heçə edib. Bu görüşlərdə Beşiktaş 7 qol vurub, 4 qol buraxıb.

Okan Buruk və Sərgən Yalçının bir-birinə qarşı məşqçi olaraq qarşılaşmalarında üstünlük Yalçındadır. Burukun çalışdırdığı Qalatasaray, Elazığspor, Rizespor və Başakşəhər kimi komandalarla Yalçının rəhbərlik etdiyi klublara qarşı 2 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət yaşayıb, ümumilikdə 9 qol vurub.

Beləliklə, bu dəfəki derbi yalnız liqa xal cədvəli baxımından deyil, həm də iki məşqçinin şəxsi karnelərinin davamı kimi böyük əhəmiyyət daşıyır.

Məqalədə: #Qalatasaray #Fənərbaxça #Beşiktaş #Trendyol Superliqası #Okan Buruk #RAMS Park stadionu #Sərgən Yalçın #derbi

Mövzu üzrə digər xəbərlər

Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb
Türkiyə

Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

21 Avqust 09:24
Martinelli "Qalatasaray"ı rədd etdi
Digər Xəbərlər

Martinelli "Qalatasaray"ı rədd etdi

15 Avqust 13:16
Beşiktaş Məhəmməd Salah üçün rekord təklif hazırlayıb – Müqavilənin detalları məlum olub
ArabSport

Beşiktaş Məhəmməd Salah üçün rekord təklif hazırlayıb – Müqavilənin detalları məlum olub

26 İyul 14:18
Məhəmməd Salah “Beşiktaş”a keçəcəkmi?
ArabSport

Məhəmməd Salah “Beşiktaş”a keçəcəkmi?

21 İyul 14:58

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.