6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

İran Dünya Çempionatı oyunlarının Meksikaya köçürülməsini tələb edir

İranın idman naziri bildirib ki, FİFA ölkəsinin oyunlarını Amerika Birləşmiş Ştatlarından Meksikaya köçürməyəcəyi təqdirdə, milli komanda qarşıdan gələn Dünya Çempionatında iştirakı qeyri-müəyyən olaraq qalacaq.

5 Aprel 2026 20:37
Baku
İran Dünya Çempionatı oyunlarının Meksikaya köçürülməsini tələb edir

BAKI,VOA

İranın idman naziri bildirib ki, FİFA ölkəsinin oyunlarını Amerika Birləşmiş Ştatlarından Meksikaya köçürməyəcəyi təqdirdə, milli komanda qarşıdan gələn Dünya Çempionatında iştirakı qeyri-müəyyən olaraq qalacaq.

VOA xəbər verir ki, İdman naziri Əhməd Dünyamali bazar günü Türkiyənin "Anadolu" agentliyinə verdiyi müsahibədə İran Futbol Federasiyasının (IFF) oyunların yerinin dəyişdirilməsi ilə bağlı ali futbol qurumuna müraciət etdiyini, lakin hələlik cavab almadıqlarını deyib.

"Əgər FİFA-ya etdiyimiz müraciət qəbul olunarsa, İranın Dünya Çempionatında iştirakı dəqiq olacaq", - deyə Dünyamali bildirib.
İyun və iyul aylarında Kanada və Meksika ilə birlikdə turnirə ev sahibliyi edəcək ABŞ, fevralın 28-dən etibarən İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayıb və bu, Yaxın Şərqdə genişmiqyaslı münaqişəyə səbəb olub. Tehran isə buna cavab olaraq İsrailə, ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazalara və Körfəz infrastrukturuna raket və dron zərbələri endirib.

Asiyadan Dünya Çempionatına vəsiqə qazanan ilk komanda olan İranın bütün qrup oyunları ABŞ-ın Qərb sahilində keçirilməlidir.
Trampın açıqlaması və İranın reaksiyası
Müharibənin başlamasından iki həftə sonra ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, iranlılar oyunlar üçün ölkəsinə gələ bilərlər, lakin əlavə etmişdi ki, onların öz həyatı və təhlükəsizliyi üçün orada olmalarının münasib olduğuna inanmır.

Buna cavab olaraq İranın futbol komandası sosial mediada "heç kim İran millisini Dünya Çempionatından kənarlaşdıra bilməz" bəyanatını yayıb. İran futbolunun rəhbəri Mehdi Tac isə əlavə edib ki, : "Tramp İran millisinin təhlükəsizliyini təmin edə bilməyəcəyini açıq şəkildə bildirdikdən sonra biz qətiyyən Amerikaya getməyəcəyik. Hazırda oyunların Meksikada keçirilməsi üçün FİFA ilə danışıqlar aparırıq".

Lakin bir neçə gün sonra FİFA İranın müraciətini rədd edərək, bütün oyunların ötən il açıqlanan təqvimə uyğun keçiriləcəyini bildirib. FİFA prezidenti Canni İnfantino köçürülmə variantının masada olmadığını təsdiqləyərək, "Oyunlar püşkatmaya əsasən harada keçirilməlidirsə, orada da oynanılacaq".-deyib.

Məqalədə: #İran #FİFA #Kanada #Meksika #Yaxın Şərq #Amerika Birləşmiş Ştatları #Dünya Çempionat

Mövzu üzrə digər xəbərlər

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.