12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Nədir Dini terminlər lüğəti
Dini terminlər lüğəti

Əl-Əzhər nədir?

9 Fevral 2025 12:16
Əl-Əzhər nədir?

BAKI,AzerVoice

Fatimi xəlifəsi Müiz Lidinillahın 970-972-ci illərdə Cümə məscidi kimi inşa etdirdiyi və İslam dünyasının müasir dövrə çatmış ən qədim dini tədris qurumu sayılan Qahirədəki məscid və külliyə.
Fatimi dövründə əsas fəaliyyət istiqaməti məscid və tədris qurumu olmaqla yanaşı, Əzhərdə həm də mövlud və digər dini mahiyyətli mərasimlər dövlət xadimlərinin iştirakı ilə xüsusi qaydada həyata keçirilirdi. Səlahəddin Əyyubinin əmri ilə Cümə məscidi kimi fəaliyyəti dayandırılan, yalnız tədris qurumu kimi fəaliyyət göstərən Əzhərdə Məmlük dövləti zamanı yenidən Cümə namazları qılınmağa başlandı və o, hökmdarların xüsusi diqqəti sayəsində əvvəlki şöhrətinə qovuşdu. Şərqdə monqol işğalından, Qərbdə xristian dövlətlərin təzyiqindən Misirə sığınan İslam alimləri Əzhərin şöhrətinin artmasında rol oynadılar. Fransız və ingilis işğalları xaric, Əzhər Osmanlılar dövründə də dini tədris qurumu kimi əhəmiyyətini qorudu. XX əsrin əvvəllərindən başlayan, 1960-cı illərdə aparılan təhsil islahatları nəticəsində Əzhər yalnız dini və filoloji elmlərin deyil, tibb, mühəndislik, kənd təsərrüfatı, əczaçılıq, təhsil və digər fakültələrin fəaliyyət göstərdiyi müasir tədris qurumuna çevrildi.

Əzhərin quruluş illərindən etibarən burada dərs deyən məşhur alimlərdən bəziləri bunlardır: Qadı Əbül-Həsən Əli b. Məhəmməd b. Nüman, əl-Əminul-Muxtar Əbdülməlik b. Məhəmməd əl-Harrani, Əbu Abdullah əl-Kundai, Həsən b. Hatir əl-Farisi, Əbull-Abbas Əhməd b. Haşim əl-Mirsi və sairə

Məqalədə: #Dini lüğət

Mövzu üzrə digər xəbərlər

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Dini terminlər lüğəti

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu

7 Sentyabr 11:46
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
Dini terminlər lüğəti

İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?

6 Sentyabr 12:40
“The Lesser Key of Solomon” -  Zimminar nədir?
Dini terminlər lüğəti

“The Lesser Key of Solomon” - Zimminar nədir?

26 İyul 13:00
Türk mədəniyətindəki 54 fərz nədir?
Dini terminlər lüğəti

Türk mədəniyətindəki 54 fərz nədir?

26 İyul 11:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.