15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Fransadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

15 Fevral 2024 15:30
Fransadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı. AzerVoice:

2023-cü ilin yanvar-dekabr aylarında Fransadan Türkiyə limanlarına 6 milyon 6 min 382 ton yük daşınıb.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Fransadan limanlara 997 min 275 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 4 milyon 59 min 370 ton yük çatdırıb.

Bu müddət ərzində Fransa bayraqlı gəmilərlə Türkiyə limanlarına yük çatdırılmayıb. 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarına Fransadan 431 min 722 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 391 milyon 717 min 308 ton yük qəbul edib.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 299 min 350 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 362 milyon 417 min 958 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 66 milyon 735 min 403 ton transit yük daşınıb.

2023-cü ilin dekabr ayında Türkiyə limanları 36 milyon 375 min 497 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 739 min 933 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 635 min 564 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 238 min 880 ton transit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

Məlumata əsasən, bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Özəl #Fransa #Türkiyə limanları

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Suriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İqtisadiyyat

Azərbaycan və Suriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

20:19
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47

Son Xəbərlər

İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
22:24
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
22:18
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
22:12
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
22:08
Qətərin Baş nazirinin müavini Britaniya Kral Müdafiə Kollecinin rəhbəri ilə görüşüb
Qətərin Baş nazirinin müavini Britaniya Kral Müdafiə Kollecinin rəhbəri ilə görüşüb
22:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.