13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib

8 Oktyabr 2024 13:14
COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib

Bakı, AzerVoice

Bu ilin 11-22 noyabr tarixlərində COP29 iqlim konfransında iştirak üçün müxtəlif ölkələrdən Bakıya səfər edəcək çoxsaylı qonaqların müsbət ziyarətçi təcrübəsi, o cümlədən qidalanma, qonaqlama, nəqliyyat və digər xidmətlərdən səmərəli istifadəsinin təmin edilməsi istiqamətində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən müvafiq işlər davam etdirilir. Belə ki, COP29 Azərbaycan ƏŞ tərəfindən konfrans məkanından iaşə xidmətlərinin təşkili üzrə portal istifadəyə verilib.

Konfrans müddətində tədbir məkanında fəaliyyət göstərəcək müxtəlif iaşə xidmətləri iştirakçıların rahatlığını təmin etmək məqsədilə vahid portal üzərində təqdim edilib. Ziyarətçilərin fərqli qidalanma mədəniyyəti və müxtəlif zövqləri nəzərə alınaraq portalda vegetarian, veqan, qlütensiz, südsüz və halal yeməklər də daxil olmaqla geniş menyu seçimi mövcuddur. Portal vasitəsilə Yaşıl və Mavi Zonaların iştirakçıları fərdi qidalanma sifarişləri ilə yanaşı, həmçinin öz qonaqları üçün çay və nahar fasilələri, qəlyanaltı təchizatı kimi xidmətləri sifariş etmək imkanından yararlana biləcəklər.

Qeyd edək ki, COP29 məkanında fəaliyyət göstərəcək hər növ iaşə xidmətləri dayanıqlılıq prinsipləri əsasında təşkil ediləcək. Belə ki, yerli və mövsümi məhsullardan istifadə edilməsinə üstünlüyün verilməsi daşınma məsafəsinin qısaldılması ilə karbon izinin azaldılmasına nail olmaqla yanaşı, həmçinin regional fermerlərə dəstək baxımından əhəmiyyətlidir.

Bundan əlavə, tədbir məkanında tullantıların azaldılması məqsədilə məkanda birdəfəlik plastikdən istifadənin minimuma endirilməsi, qida hazırlanması, saxlanılması və təqdimatında ekoloji cəhətdən təmiz üsullara üstünlüyün verilməsi və bu kimi digər amillər konfrans məkanında fəaliyyət göstərəcək iaşə obyektlərinə qoyulan başlıca tələblərdəndir.

Burada fəaliyyət göstərəcək personalın peşəkar xidmət səviyyəsinin, eləcə də qida təhlükəsizliyi normalarına uyğunluğunun təmin olunması üçün COP29 Azərbaycan ƏŞ tərəfindən işçi heyətə müvafiq təlimlər keçirilib.

Tədbir məkanında iaşə xidmətlərinin rezervasiyası üçün sözügedən portala keçid edə bilərsiniz. Ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib
Məqalədə: #COP-29

Mövzu üzrə digər xəbərlər

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23

Son Xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.