4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin Gemlik limanı 9 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

2025 - ci ilin yanvar - avqust ayında Türkiyənin Gemlik limanı 9 milyon 155 min 649 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə bayrağı altında üzən 750 min 794 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 404 min 780 ton yük daşınıb. 2025 - ci ilin yanvar - avqust aylarında Gemlik limanından tranzit 1 milyon 240 min 187 ton yük aşırılıb.

17 Sentyabr 2025 13:09
Türkiyənin Gemlik limanı 9 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

BAKI, AzerVoice, Nailə Babazadə

2025 - ci ilin yanvar - avqust ayında Türkiyənin Gemlik limanı 9 milyon 155 min 649 ton yük qəbul edib.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə bayrağı altında üzən 750 min 794 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 404 min 780 ton yük daşınıb.

2025 - ci ilin yanvar - avqust aylarında Gemlik limanından tranzit 1 milyon 240 min 187 ton yük aşırılıb.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyə limanları 32 milyon 615 min 444 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 320 min 285 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 295 min 159 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 347 min 786 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- avqust aylarında Türkiyə limanları 276 milyon 396 min 327 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 301 min 51 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 257 milyon 95 min 176 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- avqust aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin avqust ayında Türkiyə limanları 6 min 15 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 303 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 712 olub.

2025-ci ilin yanvar - avqust ayında Türkiyə limanları 41 min 818 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 14 min 632, Türkiyə bayrağı altında olan gəmilər isə 27 min 186 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Gemlik limanı #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə bayrağı altında gəmilər #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik

Mövzu üzrə digər xəbərlər

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Liviya

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

16 Avqust 09:30
Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)
Küveyt

Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 18:00
İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)
İraq

İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 16:08
Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Əlcəzair

Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

10 Avqust 18:00

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.