10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Küveyt
Küveyt

Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

2026-cı ilin iyul ayında Küveytdən Türkiyə limanlarına ümumilikdə 145 min 824 ton yük daşınıb.

12 Avqust 2026 18:00
Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

BAKI,VOA Orxan Qədirzadə

2026-cı ilin iyul ayında Küveytdən Türkiyə limanlarına ümumilikdə 145 min 824 ton yük daşınıb.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, daşınan yüklərin hamısı digər ölkələrin bayrağı altında üzən gəmilərlə Türkiyə limanlarına çatdırılıb.

Hesabat dövründə Türkiyə və Küveyt bayraqlı gəmilərlə yük daşınmayıb, həmçinin tranzit yük aşırılmayıb.

Beləliklə, iyul ayında Küveytdən Türkiyə limanlarına yükdaşımalarında digər ölkələrin bayrağı altında üzən gəmilər 100 faiz paya sahib olub.

Qeyd edək ki, 2026-cı ilin iyul ayında Türkiyə limanlarına ümumilikdə 6 min 173 gəmi daxil olub.

Nazirliyin məlumatına görə, hesabat dövründə Türkiyə bayrağı altında üzən 2 min 648 gəmi Türkiyə limanlarına daxil olub.

Digər ölkələrin bayraqları altında üzən gəmilərin sayı isə 3 min 525 gəmi təşkil edib.

Həmçinin 2026-cı ilin iyul ayında Türkiyə limanlarında qəbul edilən yüklərin ümumi həcmi 47 milyon 76 min 775 ton təşkil edib.

Nazirliyin məlumatına görə, hesabat ayında Türkiyə bayrağı altında üzən gəmilər vasitəsilə limanlara 1 milyon 837 min 457 ton yük daşınıb.

Digər ölkələrin bayraqları altında üzən gəmilər vasitəsilə isə Türkiyə limanlarına 31 milyon 7 min 898 ton yük gətirilib.

İyul ayında Türkiyə limanlarında aşırılan tranzit yüklərin həcmi 6 milyon 452 min 631 ton olub.

Türkiyənin dəniz nəqliyyatı sektoru ölkənin xarici ticarətində əsas logistika kanallarından biri olaraq qalır. Ölkənin üç tərəfdən dənizlə əhatə olunması və Avropa ilə Asiyanı birləşdirən strateji coğrafi mövqeyi Türkiyə limanlarının beynəlxalq yükdaşımalar baxımından əhəmiyyətini artırır.

Məqalədə: #Türkiyə limanları #dəniz nəqliyyatı #Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi #dəniz yükdaşımaları #Türkiyə limanlarında yük dövriyyəsi #Küveytdən Türkiyəyə yükdaşımaları #Küveyt-Türkiyə ticarəti #Küveyt ixracı #Türkiyəyə yük daşınması

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib

6 Sentyabr 19:02
Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb
Küveyt

Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb

3 Sentyabr 18:08
Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb
Küveyt

Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

3 Sentyabr 09:09

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.