5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Dövlət Vergi Xidmətinin rəisi Daşkənddə ikitərəfli görüşlər keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz, Orta Asiya və Monqolustan Vergi Orqanları Rəhbərlərinin 3-cü Forumunda iştirak üçün Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfər edib.

13 Mart 2026 18:33
Dövlət Vergi Xidmətinin rəisi Daşkənddə ikitərəfli görüşlər keçirib

BAKI, VOA, Orxan Qədirzadə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz, Orta Asiya və Monqolustan Vergi Orqanları Rəhbərlərinin 3-cü Forumunda iştirak üçün Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfər edib.

VOA Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində DVX rəisinin Özbəkistan Respublikası Vergi Komitəsinin sədri Fərrux Pulatov və Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal Məsələlər Departamenti direktorunun müavini Marqaret Kotton ilə ikitərəfli görüşləri keçirilib. Görüşlərdə qarşılıqlı əməkdaşlığın cari statusu və yeni imkanlar müzakirə edilib.

Özbəkistan Respublikası Vergi Komitəsinin sədri Fərrux Pulatov ilə görüş zamanı vergi sahəsində qarşılıqlı fəaliyyətin səmərəli nəticələri vurğulanıb. Qeyd edilib ki, ölkələrimizin vergi orqanları arasında əməkdaşlıq üçün yeni imkanlar mövcuddur və işgüzar səfərlər ikitərəfli əlaqələrin dərinləşməsinə əhəmiyyətli töhfələr verir.

DVX rəisi vergi inzibatçılığında yeniliklər, rəqəmsallaşma sahəsində tətbiq edilən innovativ həllər, könüllü vergi əməletməsinin təşviqi üçün mexanizmlər, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması üçün təcrübə mübadiləsinin faydaları barədə fikirlərini bölüşüb.

Tərəflər arasında vergi inzibatçılığında data analitikanın tətbiqi, məlumat bazaları arasında inteqrasiya, vergi inzibatçılığının inkişafı üçün yeni texnoloji həllər barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkənin vergi orqanları arasında təcrübə mübadiləsinin davam etdirilməsi üçün işgüzar təmasların və müştərək təşəbbüslərin reallaşdırılması üçün yeni imkanlar nəzərdən keçirilib.

BVF-nin Fiskal Məsələlər Departamenti direktorunun müavini Marqaret Kotton ilə görüşdə əməkdaşlıq gündəliyinin cari vəziyyəti nəzərdən keçirilib. BVF-nin vergi inzibatçılığının təkmilləşdirilməsinə dair beynəlxalq araşdırmaları, hesabatları və TADAT kimi metodologiya sənədlərinin DVX tərəfindən təhlil edildiyi və diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

DVX rəisi ölkəmizdə “kölgə iqtisadiyyatı” ilə mübarizə, şəffaflaşmanın artırılması və vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi ilə bağlı islahatlar üzrə son tədbirlər və əldə olunan nəticələr barədə BVF nümayəndələrini məlumatlandırıb. Bildirilib ki, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üçün strategiyası”nda təsbit olunan əsas fəaliyyət istiqamətləri vergi sisteminin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verəcək.

Görüşdə gələcək əməkdaşlığın qarşılıqlı maraq doğuran yeni istiqamətləri, perspektivli təşəbbüslər və müxtəlif vergi orqanlarının beynəlxalq tərəfdaşlığı üçün mümkün platformalar barədə fikir mübadiləsi aparılıb.

Məqalədə: #Dövlət Vergi Xidmətinin rəisi Daşkənddə ikitərəfli görüşlər keçirib #Orxan Nəzərli Özbəkistanda vergi əməkdaşlığını müzakirə edib #Daşkənd forumu çərçivəsində vergi orqanları arasında əməkdaşlıq genişləndirilir #Azərbaycan və Özbəkistan vergi orqanları əməkdaşlığı gücləndirir #DVX rəhbəri BVF nümayəndəsi ilə vergi islahatlarını müzakirə edib #Vergi inzibatçılığı sahəsində beynəlxalq əməkdaşlıq genişlənir

Mövzu üzrə digər xəbərlər

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
İqtisadiyyat

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb

4 Sentyabr 15:57
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34
ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb
İqtisadiyyat

ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

3 Sentyabr 10:52
Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir
Biznes

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

2 Sentyabr 11:57

Son Xəbərlər

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.