Misir funtu həftəni ABŞ dolları qarşısında zəifləyərək 1 dollar üçün təxminən 51 funt səviyyəsində başa vurub. Valyuta bu səviyyədə ardıcıl üçüncü gün qalıb və sonuncu dəfə iyulun 30-da bu göstəriciyə yaxın olub.
ArabAZ xəbər verir ki,10 bank üzrə dolların alış məzənnəsi 50,88-51,07, satış məzənnəsi isə 50,98-51,17 Misir funtu arasında dəyişib. Misir Mərkəzi Bankında cümə axşamı dollar 50,87 funtdan alınıb, 51,01 funtdan satılıb.
Bu, əvvəlki günlə müqayisədə funtun 0,33 faiz möhkəmlənməsi deməkdir.Bununla belə, funt həftənin əvvəlindəki göstəricidən 0,83 faiz zəif olaraq qalıb və münaqişədən əvvəlki 47,99 funt səviyyəsi ilə müqayisədə 6,3 faiz dəyər itirib.
Avro həftəni 59,02 funt alış və 59,19 funt satış məzənnəsi ilə başa vurub. Britaniya funtu isə 68,62 funtdan alınıb, 68,65 funtdan satılıb.Körfəz valyutalarında da dəyişiklik qeydə alınıb. Küveyt dinarı 165,69-166,20, Bəhreyn dinarı 135,32, Oman rialı 132,51, İordaniya dinarı isə 72,05 Misir funtu səviyyəsində olub.
Qızılın qiyməti də artıb. Qızıl sikkənin qiyməti 1 400 funt yüksələrək 51 200 funta, 24 əyarlı qızılın bir qramı isə 200 funt artaraq 7 314,25 funta çatıb.