15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Cəlilabadda aqrar sahədə süni intellekt mövzusunda “Bootcamp” keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində bu ilin ilk “Bootcamp” proqramı baş tutub.

16 Mart 2026 20:29
Cəlilabadda aqrar sahədə süni intellekt mövzusunda “Bootcamp” keçirilib

BAKI, VOA, Orxan Qədirzadə

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində bu ilin ilk “Bootcamp” proqramı baş tutub.

“Bootcamp”ın əsas məqsədi kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə şərait yaratmaq, həmçinin aqrar sahədə startap ekosisteminin inkişafına dəstək olmaqdır.

VOA Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, “Bootcamp” tədbirində ölkənin 20-yə yaxın ali təhsil müəssisəsi, Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzindən 40 startapçı iştirak edir. Proqramı çərçivəsində iştirakçılara Akselerasiya və İnkubasiya Mərkəzləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən təqdimatlar keçirilib. Eyni zamanda, Cəlilabad rayonunda yerləşən müasir təsərrüfat və müəssisələrə infoturlar təşkil edilib, proqram iştirakçılarına kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı yaradılıb.

“Bootcamp”ın rəsmi açılışında çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Peşə Təhsili Dövlət Agentliyinin direktoru İlqar Bayramlı və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Biznesin İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov qeyd ediblər ki, proqram gənclərin innovativ bacarıqlarını artırmaq, süni intellekt və innovativ texnologiyaları praktiki şəkildə öyrənmək, peşə bacarıqlarını inkişaf etdirmək və kənd təsərrüfatında sahibkarlığın inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

İki gün ərzində davam edən proqram çərçivəsində startapçı gənclər və tələbələr üçün təqdimatlar, fikir mübadiləsi və interaktiv müzakirə sessiyaları təşkil edilib. İştirakçılar həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub, istixana və heyvandarlıq kompleksləri, STEAM Mərkəzinə baş çəkib, mərkəzin təhsil imkanları, praktiki təlim proqramları və peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat alıblar.

Proqramın praktik hissəsi çərçivəsində iştirakçılar “Rug Fruit” MMC, “AgroDairy” MMC-nin Cəlilabadda yerləşən təsərrüfatına və fərdi çiyələk sahələrinə baxış keçiriblər. İnfoturlar gənclərə kənd təsərrüfatında süni intellekt və innovativ texnologiyaların real iş şəraitində necə tətbiq olunduğunu izləmək imkanı verib.

Tədbirin iştirakçıları 17 mart tarixində Cəlilabad rayonunda keçiriləcək Aqrar Biznes Festivalında da iştirak edəcək və aqrar sahədə innovativ ideyalarla tanış olacaqlar. Festival həm də gənclərin ideyalarını investorlarla birbaşa paylaşmasına və regionlarda aqrar innovasiyaların daha geniş tətbiqinə şərait yaradacaq.

Cəlilabadda aqrar sahədə süni intellekt mövzusunda “Bootcamp” keçirilib Cəlilabadda aqrar sahədə süni intellekt mövzusunda “Bootcamp” keçirilib Cəlilabadda aqrar sahədə süni intellekt mövzusunda “Bootcamp” keçirilib Cəlilabadda aqrar sahədə süni intellekt mövzusunda “Bootcamp” keçirilib
Məqalədə: #Bakı #Cəlilabadda aqrar sahədə süni intellekt mövzusunda Bootcamp keçirilib #AzerVoice: Kənd təsərrüfatında rəqəmsal inqilab Cəlilabaddan başlayır #Gənc startapçılar Cəlilabadda aqrar innovasiyaları öyrənirlər #Aqrar sahədə süni intellekt: Cəlilabadda ilin ilk böyük təlimi #Tələbələr və startapçılar Cəlilabadın müasir təsərrüfatlarında təcrübə keçib #Cəlilabadda Aqrar Biznes Festivalı ərəfəsində mühüm tədbir

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.