12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyədə uşaqlar ümumi əhalinin neçə faizini təşkil edir? - Şok detallar

Türkiyədə 2025-ci ilin sonuna olan rəsmi göstəricilərə əsasən, ölkə əhalisinin 24,8 faizini uşaqlar təşkil edib. Ümumilikdə 86 milyon 92 min 168 nəfər əhalinin 21 milyon 375 min 930 nəfəri 0–17 yaş qrupuna daxildir.

26 Aprel 2026 13:00
Türkiyədə uşaqlar ümumi əhalinin neçə faizini təşkil edir? - Şok detallar

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyədə 2025-ci ilin sonuna olan rəsmi göstəricilərə əsasən, ölkə əhalisinin 24,8 faizini uşaqlar təşkil edib.

VOA xəbər verir ki, ümumilikdə 86 milyon 92 min 168 nəfər əhalinin 21 milyon 375 min 930 nəfəri 0–17 yaş qrupuna daxildir.

Məlumata görə, uşaq əhalinin 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edir. Statistik müqayisələr göstərir ki, 1970-ci ildə uşaq əhalisinin payı 48,5 faiz olduğu halda, bu göstərici 2025-ci ildə 24,8 faizə düşüb.

Proqnozlara əsasən, Türkiyədə uşaq əhalinin payının gələcək onilliklərdə də azalması gözlənilir. Əsas ssenariyə görə bu göstərici 2030-cu ildə 22,1 faiz, 2040-cı ildə 17,9 faiz, 2100-cü ildə isə 14,5 faiz səviyyəsinə enə bilər.

Statistikalar göstərir ki, 2025-ci ildə Türkiyədə 0–17 yaşlı uşaqlar arasında ən böyük qrup 10–14 yaş aralığı olub və ümumi uşaq əhalisinin 30,5 faizini təşkil edib.

2025-ci ildə Türkiyədə 26 milyon 977 min 795 ailə qeydə alınıb. Bunların 41,9 faizində ən azı bir uşaq yaşayır. Şanlıurfa bu göstəricidə 68,2 faizlə birinci yerdədir.

Rəsmi məlumatlara görə, 2024 - 2025 tədris ilində 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 82,5 faiz olub. İbtidai təhsili tamamlama göstəricisi 98,6 faiz, orta təhsildə isə 81,3 faiz təşkil edib.

Eyni zamanda, xüsusi təhsil alan uşaqların ümumi təhsil alanlar içində payı 3,4 faiz olaraq qeydə alınıb.

Uşaqlar arasında yoxsulluq və sosial təcrid risqi 36,8 faiz səviyyəsindədir ki, bu da ümumi əhalidən (27,9 faiz) daha yüksəkdir.

2024-cü ildə Türkiyədə 937 min 559 körpə doğulub. Körpə ölüm səviyyəsi isə 2009-cu ildəki 13,9 promildən 2024-cü ildə 9,0 promilə enib.

2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Alparslan, qızlara isə Alya adı verilib.

2025-ci ildə 251 min 929 uşağın atası vəfat edib, 79 min 214 uşağın anası, 4 min 907 uşağın isə hər iki valideyni dünyasını dəyişib.

Məqalədə: #Türkiyə uşaq əhalisi statistikası #demoqrafik göstəricilər #doğum və ölüm statistikası #təhsil səviyyəsi Türkiyə #sosial risk göstəriciləri #ailə strukturu #uşaq yoxsulluğu #Türkiyədə 2025 uşaq əhalisinin payı nə qədərdir #Türkiyə demoqrafik dəyişikliklər 1950–2100 proqnozu #uşaqlar arasında yoxsulluq səviyyəsi Türkiyə 2025 #Türkiyədə məktəbəqədər təhsil göstəriciləri 2025 #körpə ölüm səviyyəsi Türkiyə statistikası #Şanlıurfada uşaq əhalisi niyə yüksəkdir #Türkiyədə ailə strukturu və uşaq sayı statistikası

Mövzu üzrə digər xəbərlər

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.