9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Redaktorun seçimi
Redaktorun seçimi

Türk rep səhnəsinin yüksələn ulduzu - BLOK3 haqqında nə bilirik?

Son illərdə Türkiyə rap musiqisinin ən çox dinlənilən adlarından birinə çevrilən BLOK3, qısa müddətdə əldə etdiyi uğurlarla diqqət mərkəzinə düşüb. Əsl adı Hakan Aydın olan sənətçi, həm ifaçı, həm də söz yazarı kimi fəaliyyət göstərir.

20 İyul 2026 15:21
Türk rep səhnəsinin yüksələn ulduzu - BLOK3 haqqında nə bilirik?

BAKI,VOA Orxan Qədirzadə

Son illərdə Türkiyə rep musiqisinin ən çox dinlənilən adlarından birinə çevrilən BLOK3, qısa müddətdə əldə etdiyi uğurlarla diqqət mərkəzinə düşüb. Əsl adı Hakan Aydın olan sənətçi, həm ifaçı, həm də söz yazarı kimi fəaliyyət göstərir.

Hakan Aydın 15 avqust 2002-ci ildə Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərən sənətçi peşəkar karyerasına başlamazdan əvvəl kafedə çalışıb. Musiqi fəaliyyətinə 2021-ci ildə yayımladığı "WOW" adlı ilk sinqlı ilə start versə də, geniş auditoriyanın diqqətini 2022-ci ildə təqdim etdiyi "Vur" mahnısı ilə cəlb edib.

BLOK3-ün populyarlığı 2023-cü ildə işıq üzü görən "Affetmem" mahnısından sonra daha da artıb. Mahnı qısa müddətdə YouTube-da on milyonlarla baxış toplayıb, Spotify platformasında isə 100 milyondan çox dinlənmə əldə edərək sənətçinin karyerasında dönüş nöqtəsinə çevrilib.

İfaçı daha sonra "Baybay", "Aklına Ben Gelicem", "Güzel ve İddialı", "Laf" və digər mahnıları ilə uğurunu davam etdirib. 10 may 2024-cü ildə britaniyalı rapçi Stefflon Don ilə birgə hazırladığı "Habibi" adlı əməkdaşlıq layihəsini dinləyicilərə təqdim edib.

BLOK3 2023-cü ildə keçirilən 49-cu Pantene Altın Kelebek Mükafatlarında "Ən yaxşı repçi" nominasiyası üzrə mükafata layiq görülüb. Mükafatı qəbul edərkən o, uğuruna inanmayanlara cavab olaraq məqsədinə çatdığını vurğulayıb və ailəsinə, eləcə də ilk gündən ona dəstək olan hər kəsə təşəkkür edib.

Diskoqrafiyasında "WOW", "Yallah", "Okey Okey", "Vur", "Affetmem", "Baybay", "Aklına Ben Gelicem", "Habibi", "Esco*bar", "Kusura Bakma", "Hako Diyorlar", "Keçi" və "Napıyosun Mesela" kimi sinqllar yer alır.

Sənətçinin ilk studiya albomu "OBSESIF" 2024-cü ildə, ikinci albomu "VİRTÜÖZ" isə 2025-ci ildə dinləyicilərə təqdim olunub.

Qısa müddətdə milyonlarla dinləyici qazanan BLOK3 hazırda Türkiyə rep musiqisinin yeni nəslinin ən tanınmış nümayəndələrindən biri hesab olunur və həm rəqəmsal platformalarda, həm də canlı çıxışlarda geniş auditoriyaya malikdir.

Məqalədə: #Türkiyə rap musiqisi #Türkiyə rep musiqisi #BLOK3 #BLOK3 kimdir #BLOK3 karyerası #BLOK3 repləri #Hakan Aydın #rep #repçilər

Mövzu üzrə digər xəbərlər

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06

Son Xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
12:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.