16 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika Misir
Misir

Sisi və Meloni Qəzzadakı vəziyyəti və miqrasiyanı müzakirə ediblər

28 Fevral 2025 12:44
Sisi və Meloni Qəzzadakı vəziyyəti və miqrasiyanı müzakirə ediblər

BAKI, AzerVoice

Misir prezidenti Əbdülfəttah əs-Sisi və İtaliyanın baş naziri Giorgia Meloni telefon danışığı apararaq Qəzzadakı vəziyyəti və qeyri-qanuni miqrasiyanı müzakirə ediblər.

AzerVoice xəbər verir ki, Misir Prezidentinin sözçüsü bildirib ki, tərəflər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Meloni Misirin Qəzza zolağında atəşkəs sazişinin həyata keçirilməsi, məhbusların azad edilməsi və Qəzza xalqına humanitar yardım göstərilməsi istiqamətindəki səylərinə dair Sisinin fikirlərini öyrənmək istəyib.

Sisi və Meloni Qəzza zolağının fələstinlilərin köçürülməsinə səbəb olmadan sürətlə yenidən qurulmasının vacibliyini vurğulayıblar. Onlar, həmçinin beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumaq və 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə çağırıblar.

Tərəflər qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyini də müzakirə ediblər. Meloni Misirin 2016-cı ildən bəri qeyri-qanuni miqrant daşıyan heç bir gəminin sahillərini tərk etmədiyini və bu istiqamətdəki səylərini yüksək qiymətləndirib.

Bundan əlavə, Misir İsrailin müxalifət lideri Yair Lapidin xarici borcunun ləğvi müqabilində Qəzza zolağının administrasiyasını müvəqqəti ələ keçirmək təklifini rədd edib. Misir Xarici İşlər Nazirliyi bəyan edib ki, Misir və ərəb mövqeyi İsrailin işğal olunmuş Fələstin ərazilərindən çıxmasını və müstəqil Fələstin dövlətinin yaradılmasını tələb edir. Nazirlik bu prinsipləri pozan hər hansı təklifi “rədd edir və qəbuledilməz hesab edir”.

Məqalədə: #Qəzza zolağı #Misir #İtaliya #Giorgia Meloni #Əbdülfəttah əs-Sisi #Misir İtaliya Qəzza müzakirələri #Əbdülfəttah əs-Sisi Giorgia Meloni görüşü #Misir qeyri-qanuni miqrasiya siyasəti

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin təhlükəsizliyi Misirin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir - Əs-Sisi
Misir

Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin təhlükəsizliyi Misirin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir - Əs-Sisi

15 Sentyabr 21:31
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
Səudiyyə Ərəbistanı

Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək

15 Sentyabr 14:59
Məhəmməd bin Salman Qahirədə Əbdülfəttah əs-Sisi ilə görüşəcək
Misir

Məhəmməd bin Salman Qahirədə Əbdülfəttah əs-Sisi ilə görüşəcək

15 Sentyabr 10:03
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
Misir

Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb

14 Sentyabr 20:39

Son Xəbərlər

Tarixdə bu gün - 16 sentyabr
Tarixdə bu gün - 16 sentyabr
00:01
Bu günə olan əsas xəbər başlıqları
Bu günə olan əsas xəbər başlıqları
15 Sentyabr 23:00
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
15 Sentyabr 22:24
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
15 Sentyabr 22:18
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
15 Sentyabr 22:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.