6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Energetika naziri “Masdar”ın baş icraçı direktoru ilə enerji layihələrini müzakirə edib

Energetika naziri Pərviz Şahbazov “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüş keçirib. Görüşdə “Masdar” şirkəti ilə günəş və külək enerjisi istiqamətində uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub. Hazırda Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş enerjisi layihələrinin, eləcə də Abşeron və Qaradağ rayonlarında 200 MVt-dan çox gücdə külək enerjisi layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.

27 Fevral 2026 20:16
Energetika naziri “Masdar”ın baş icraçı direktoru ilə enerji layihələrini müzakirə edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

Energetika naziri Pərviz Şahbazov “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüş keçirib.

VOA xəbər verir ki, görüşdə “Masdar” şirkəti ilə günəş və külək enerjisi istiqamətində uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub. Hazırda Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş enerjisi layihələrinin, eləcə də Abşeron və Qaradağ rayonlarında 200 MVt-dan çox gücdə külək enerjisi layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.

Layihələrin həyata keçirilməsi istiqamətində hökumət və şirkət arasında sıx əməkdaşlıq yüksək qiymətləndirilib. İlin sonunadək regionda ən böyük günəş enerjisi layihəsi hesab olunan 445 MVt gücündə “Biləsuvar” Günəş Elektrik Stansiyasının istismara verilməsi planı çərçivəsində işlərin sürətləndirilməsi razılaşdırılıb.

Görüş zamanı Azərbaycanın regional enerji bağlantıları təşəbbüsləri də müzakirə olunub. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb. Elektrik enerjisinin, o cümlədən “yaşıl enerji”nin Avropaya ixracı üzrə yeni interkonnektor layihələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, qlobal enerji mənzərəsində elektrik enerjisinə artan tələbat yeni istehsal və ötürmə güclərinin yaradılmasını zəruri edir. Bu kontekstdə Azərbaycanın həm regional ixrac marşrutlarının inkişafı, həm də daxili tələbatın – o cümlədən süni intellekt və data mərkəzləri kimi yeni istiqamətlərin enerji təminatı üçün layihələr həyata keçirməsi strateji prioritet kimi qiymətləndirilib.

Görüşdə “Masdar” şirkətinin Azərbaycanda icra etdiyi və planlaşdırdığı layihələrin regional əhəmiyyəti xüsusi qeyd olunub, tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi niyyəti ifadə edilib.

Energetika naziri “Masdar”ın baş icraçı direktoru ilə enerji layihələrini müzakirə edib Energetika naziri “Masdar”ın baş icraçı direktoru ilə enerji layihələrini müzakirə edib Energetika naziri “Masdar”ın baş icraçı direktoru ilə enerji layihələrini müzakirə edib
Məqalədə: #Energetika naziri Masdar rəhbərliyi ilə görüşüb #Biləsuvar GES layihəsinin icrası sürətləndiriləcək #Azərbaycan və Masdar bərpaolunan enerji əməkdaşlığını genişləndirir #760 MVt günəş və 200 MVt külək layihələri müzakirə edilib #Yaşıl enerjinin Avropaya ixracı perspektivləri dəyərləndirilib #Regional enerji bağlantıları gündəmdə #Enerji Bakanı Masdar CEO’su ile görüştü #Biləsuvar GES projesi hızlandırılıyor #Azerbaycan ve Masdar yenilenebilir enerji iş birliğini büyütüyor #760 MW güneş ve 200 MW rüzgar projeleri gündemde #Yeşil enerjinin Avrupa’ya ihracı ele alındı #Bölgesel enerji bağlantıları masada

Mövzu üzrə digər xəbərlər

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
Neft və qaz

Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

3 Sentyabr 16:37
Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib
Neft və qaz

Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

3 Sentyabr 13:19
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.