11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı

7 sentyabr 1813 – ABŞ-ın ən məşhur ləqəblərindən biri olan “Uncle Sam”-in (Sem dayı) yaranma tarixi bu gün də geniş müzakirə olunur.

7 Sentyabr 2026 06:00
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı

ArabAZ 7 sentyabr 1813 – ABŞ-ın ən məşhur ləqəblərindən biri olan “Uncle Sam”-in (Sem dayı) yaranma tarixi bu gün də geniş müzakirə olunur. Ən çox qəbul edilən və ABŞ Konqresi tərəfindən də təsdiqlənmiş versiyaya görə, ləqəb Samuel Wilson adlı Nyu-York ştatının Troy şəhərində yaşayan ət qablaşdıran sahibkarla bağlıdır. Wilson (1766–1854) 1812-ci il Müharibəsi zamanı ABŞ ordusuna ət dolu çəlləklər göndərirdi. Çəlləklərin üzərində “U.S.” – United States yazılırdı. Yerli icmada “Sem dayı” kimi tanınan Wilsonun adı ilə bu işarələr tezliklə əlaqələndirildi. Əsgərlər yeməyi zarafatla “Sem dayının” ərməğanı adlandırmağa başladılar. Hadisə Troy qəzetinə də yansıdı və “Sem dayı” getdikcə ABŞ hökumətinin ləqəbi və simvoluna çevrildi.

Tarixi mübahisələr və Samuel Wilsonun rolu

Bəzi alimlər “Sem dayı” ifadəsinə daha əvvəl də rast gəlindiyini bildirirlər. ABŞ Hərbi Dəniz Qüvvələrinin bir gənc zabitinin 1810-cu ildəki gündəliyində bu ifadə işlədilib. 1813-cü ildə Troy qəzetində “Sem dayı” ifadəsi çəkilsə də, Wilsonun adı konkret göstərilməyib. Ən çox yayılmış versiya isə 1830-cu ildə “New York Gazette” qəzetində dərc olunaraq populyarlaşdı. 1961-ci ildə ABŞ Konqresi rəsmi qərarla Samuel Wilsonu “Amerikanın milli simvolu Sem dayının ilham mənbəyi” elan etdi. Wilson 1854-cü ildə 87 yaşında vəfat etdi və Troy şəhərində dəfn edildi. Şəhər bu gün də “Sem dayının vətəni” kimi tanınır.

Karikaturist Tomas Nastın rolu

1860–70-ci illərdə alman əsilli məşhur siyasi karikaturist Tomas Nast “Sem dayı” obrazını populyarlaşdırdı. Nast Samı ağ saqqallı, ulduzlu şlyapalı və qırmızı-ağ zolaqlı şalvar geyimli şəkildə təsvir edirdi. Bu obraz zamanla “Sem dayı”nın klassik görünüşünə çevrildi. Nast həm də müasir Santa Klausun təsvirini formalaşdıran, Demokrat Partiyasını “eşşək”, Respublikaçılar Partiyasını isə “fil” simvolu ilə göstərən şəxs kimi tanınır. O, həmçinin Nyu-Yorkun korrupsiyaya bulaşmış Tammany Hall təşkilatını sərt karikaturaları ilə ifşa etmiş və bu təşkilatın lideri Uilyam Tvudin süqutunda mühüm rol oynamışdır.

“Sem dayı” obrazının ən tanınmış təsviri rəssam Ceyms Montqomeri Flagg tərəfindən yaradılıb. 1877–1960-cı illərdə yaşamış Flagg 1916-cı ildə öz simasını model olaraq istifadə edərək “Sem dayı” obrazını yaratdı. O, tamaşaçıya birbaşa baxaraq barmağı ilə göstərir və üstündə “I Want You For The U.S. Army” (“Mən səni ABŞ ordusunda görmək istəyirəm”) şüarı yazılmışdı. Bu təsvir əvvəlcə 1916-cı ilin iyulunda Leslie’s Weekly jurnalının üz qabığında “What Are You Doing for Preparedness?” (“Hazırlıq üçün sən nə edirsən?”) başlığı ilə dərc olundu. I Dünya Müharibəsi zamanı bu afişa geniş şəkildə yayılaraq ABŞ-ın ən məşhur təbliğat posterinə çevrildi. Daha sonralar da müxtəlif dövrlərdə fərqli şüarlarla yenidən istifadə edildi.

1812-ci ildən başlayaraq “Sem dayı” ifadəsi ABŞ ordusunun ərzaq və təchizatında işlədilən sadə işarədən bütün ölkənin hökumətini və xalqını simvolizə edən obraz halına gəldi. Bu gün “Sem dayı” ABŞ hökumətinin dünyada ən çox tanınan simvollarından biri olaraq qəbul olunur və ölkənin milli kimliyinin ayrılmaz hissəsinə çevrilib.

Məqalədə: #Tarixdə bu gün #Uncle Sam #Sem dayı #Samuel Wilson #U.S. – United States #New York Gazette #Tomas Nast #Santa Klaus #Flagg #I Want You For The U.S. Army #Leslie’s Weekly #What Are You Doing for Preparedness? #USS Samuel B. Roberts #Samuel Conson

Mövzu üzrə digər xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

00:01
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Tarixdə bu gün

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü

10 Sentyabr 00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 10 Sentyabr

10 Sentyabr 00:01

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.