6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Walt Disney şirkətinin yaradıldı

1923-cü il oktyabrın 16-da Uolt Disney və onun qardaşı Roy Kaliforniyanın Hollivud şəhərində Disney Brothers Cartoon Studio adlı studiyanı təsis etdilər.

16 Oktyabr 2025 00:20
Bu gün Walt Disney şirkətinin yaradıldı

BAKI,AzerVoice

1923-cü il oktyabrın 16-da Uolt Disney və onun qardaşı Roy Kaliforniyanın Hollivud şəhərində Disney Brothers Cartoon Studio adlı studiyanı təsis etdilər. Bu studiya sonradan Walt Disney Company adını aldı və bu gün dünyanın ən böyük media şirkətlərindən biri kimi əyləncə sənayesinə böyük təsir göstərir.

Gənc yaşlarından istedadlı bir rəssam olan Uolt Disney müxtəlif nəşrlər üçün karikaturalar çəkirdi və Kanzas Sitidəki Film Ad Company şirkətində işləyərkən cizgi animasiyasına maraq göstərməyə başladı. Onun əvvəlki studiyası Laugh-O-Gram Studio 1923-cü ildə müflis olduqdan sonra, Uolt vərəm xəstəliyindən sağalan qardaşı Royun yanına - Los-Ancelesə köçdü. Burada o, Laugh-O-Gram tərəfindən istehsal olunmuş Alice’s Wonderland adlı qısametrajlı filmi satmağa və onun kimi daha altı film çəkməyə müqavilə imzalamağa nail oldu. Bu seriyanı istehsal etmək üçün qardaşlar öz şirkətlərini təsis etdilər və həm “Alice” rolunu oynayan Virciniya Devisi, həm də əməkdaşları Ub Ayverksi Hollivuda qoşulmağa razı saldılar.

Alice Comedies seriyasının və Oswald the Lucky Rabbit obrazı üzərində qurulmuş filmlərin uğurundan sonra Disney ən məşhur yaradıcılıq işinə başladı. 1928-ci ildə nümayiş olunan Steamboat Willie filmi ilə dünya Mickey Mous (Mikki Maus)obrazı ilə tanış oldu. Bu personaj tarixdə ən tanınan cizgi qəhrəmanlarından birinə çevrildi.

Mikki Maus qısametrajlı filmlərinin populyarlığı Disneyə tammetrajlı bir film çəkmək inamı verdi və o, bu işə 1934-cü ildə başladı. “Disney-nin səhvi” (“Disney’s Folly”) adlandırılan layihə büdcəni 400 faiz aşdı və 300-dən çox animator, rəssam və köməkçinin iştirakı ilə ərsəyə gəldi. Lakin Qar ağbəniz və yeddi cırtdan (Snow White and the Seven Dwarfs) 1937-ci ilin Milad ərəfəsində nümayiş olunanda böyük uğur qazandı.

O vaxtdan bəri Walt Disney Company onlarla yenilikçi və yüksək qiymətləndirilən film istehsal edib. Şirkət 1955-ci ildən başlayaraq dünyanın müxtəlif yerlərində əyləncə parkları açmaqla və 1990–2000-ci illərdə onlarla media şirkətini satın almaqla böyük bir media imperiyasına çevrilib. Bu gün Disney ABC, ESPN, Pixar, Marvel Studios və Lucasfilm kimi nəhəng şirkətlərin sahibidir və onları idarə edir.

Bir vaxtlar az sayda animatorun uşaq cizgi filmləri istehsal etdiyi kiçik bir studiya, bu gün dünyanın ən tanınmış şirkətlərindən birinə çevrilib. Disney-in orijinal cizgi filmləri və tammetrajlı ekran əsərləri Amerika mədəni irsinin ən sevilən və uzunömürlü nümunələri arasında yer alır.

Məqalədə: #Tarixdə bu gün #Disney Brothers Cartoon Studio #Walt Disney Company #Film Ad Company #Laugh-O-Gram Studio #Laugh-O-Gram #Alice’s Wonderland #Alice Comedies #Oswald the Lucky Rabbit #Steamboat Willie #Mickey Mous #Disney’s Folly #Snow White and the Seven Dwarfs #Disney ABC #ESPN #Pixar #Marvel Studios

Mövzu üzrə digər xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 6 Sentyabr

00:01
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 5 Sentyabr

5 Sentyabr 00:01
Tarixdə bu gün – 4 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 4 Sentyabr

4 Sentyabr 00:01

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.