11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Hitlerin həyatına sui-qəsd cəhdi uğursuz oldu

Hitler xəsarət almadı.

8 Noyabr 2025 03:00
Bu gün Hitlerin həyatına sui-qəsd cəhdi uğursuz oldu

BAKI,AzerVoice

8 noyabr 1939-cu ildə, Adolf Hitler çıxışını başa çatdırandan dərhal sonra zalda bomba partladı. Hitler xəsarət almadı.

Hitler hər il 1923-cü ildəki uğursuz çevriliş cəhdini xatırlamaq üçün ənənəvi olaraq çıxış edir, özünün “Vətən”lə bağlı gələcək planlarını dinləyicilərinə çatdırırdı. Həmin gün o, nasist partiyasına ən ilk illərdən sədaqətli olan “Köhnə Qvardiya” üzvlərinə müraciət edirdi. Hitler və onu müşayiət edən vacib nasist liderlər zalı tərk etdikdən cəmi 12 dəqiqə sonra, tribun arxasındakı sütunda gizlədilmiş bomba partladı. Hadisə nəticəsində 7 nəfər öldü, 63 nəfər yaralandı.

Ertəsi gün nasistlərin rəsmi qəzeti “Völkischer Beobachter” bu terror aktında günahkar kimi britaniyalı casusları, hətta Böyük Britaniyanın baş naziri Nevill Çemberleni belə ittiham etdi. Bu, alman xalqında Britaniyaya qarşı nifrəti artırmaq və müharibə əhval-ruhiyyəsini gücləndirmək üçün nasist təbliğatının bir hissəsi idi. Lakin partiyanın daxilində olan yüksək rütbəli şəxslər başqa reallığı bilirdilər - bu hücumun çox güman ki, alman anti-nasist hərbçilərinin sui-qəsd planı olduğunu.

SS rəhbəri və Gestaponun başçısı Heinrich Himmler, həm günahı başqa istiqamətə yönəltmək, həm də gerçək təşkilatçıları tapmaq üçün gizli plan hazırladı. O, tabeliyindəki zabit Valter Şellenberqi Hollandiyaya göndərdi ki, britaniyalı kəşfiyyatçılarla əlaqə qurub guya anti-nasist çevrilişi baş verərsə, Böyük Britaniyanın yeni hakimiyyəti dəstəkləyəcəyinə dair zəmanət alsın. Britaniya tərəfi də Almaniya ordusu daxilində Hitlerə qarşı müqavimət hərəkatı barədə mümkün məlumat toplamağa çalışırdı. Şellenberq “meyor Şemmel” adı altında eyni məlumatı alman tərəfinə ötürmək üçün çalışırdı.

Lakin Himmler təkcə danışıqlarla kifayətlənmək istəmirdi - o, britaniyalı agentlərin özünü ələ keçirmək istəyirdi. 9 noyabrda SS birləşmələri Şellenberqin köməyi ilə iki britaniyalı kəşfiyyatçını - Payne Best və R.H. Stevensi Hollandiyada qaçıraraq avtomobildə Almaniyaya gətirdilər.
Bundan sonra Himmler alman ictimaiyyətinə “britaniyalı sui-qəsdçilərin” həbs olunduğunu bəyan etdi. Bombanı quraşdırmaqda günahlandırılan şəxs isə alman kommunisti, peşəkar dülgər Georg Elser elan edildi.

Tədqiqatlar göstərir ki, bombanı həqiqətən Elser qoymuşdu, lakin bu əmri verənlərin kimliyi hələ də bəlli deyil.

Hər üç “rəsmi” təqsirkar müharibə illərini Zaksenhauzen konslagerində keçirdi. Elser isə 16 aprel 1945-ci ildə Gestapo tərəfindən öldürüldü ki, həqiqəti danışa bilməsin. Hitler açıq məhkəmə prosesinə icazə vermədi, çünki “rəsmi versiyada” çoxlu ziddiyyət vardı.

Məqalədə: #Adolf Hitler #Hitler və SSRİ müharibəsi #Gestapo #Hitlerin ölüm dəstəsi #Adolf Eyxman Holokost #Völkischer Beobachter #Valter Şellenberq

Mövzu üzrə digər xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

00:01
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Tarixdə bu gün

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü

10 Sentyabr 00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 10 Sentyabr

10 Sentyabr 00:01

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.