11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu Hitler İtaliyanın Yunanıstandakı fiaskosu sərt tənqid etmişdi

1940-cı il noyabrın 18-də Adolf Hitler İtaliyanın xarici işlər naziri Qaleatso Çianonu qəbul edərək Mussolininin Yunanıstana fəlakətlə nəticələnən hücumunu müzakirə etdi. Çianonun gündəliklərinə görə, görüşün “çox ağır atmosferi” vardı.

18 Noyabr 2025 02:00
Bu Hitler İtaliyanın Yunanıstandakı fiaskosu sərt tənqid etmişdi

BAKI,AzerVoice

1940-cı il noyabrın 18-də Adolf Hitler İtaliyanın xarici işlər naziri Qaleatso Çianonu qəbul edərək Mussolininin Yunanıstana fəlakətlə nəticələnən hücumunu müzakirə etdi. Çianonun gündəliklərinə görə, görüşün “çox ağır atmosferi” vardı.

Mussolini Yunanıstana hücumu ilə hamını, o cümlədən müttəfiqi Hitleri də təəccübləndirmişdi. Duçe əvvəlcə Hitleri belə bir planının olmadığına inandırmışdı. Hətta İtaliyanın Baş Qərargah rəisi də işğalın başladığını fakt qarşısında qaldıqdan sonra öyrənmişdi.

Mussoliniyə öz generalları tərəfindən xəbərdarlıq edilmişdi ki, ordu hazır deyil, hücum yağışlı mövsümdə dağlıq ərazidə ciddi çətinlik yaradacaq və yunan ordusu azadlığı uğrunda son nəfəsinədək döyüşməyə hazırdır. Bütün xəbərdarlıqlara baxmayaraq, Mussolini təkəbbürlə Yunanları “bir neçə günə məğlub edəcəyinə” inanaraq əməliyyatı başladı.

Duçe həm də bir sirri bilirdi: milyonlarla lirə yunan siyasətçilərini və generallarını rüşvətlə neytrallaşdırmaq üçün ayrılmışdı. Lakin bu pulların ünvanına çatıb-çatmaması bəlli deyil. Çatsa belə, heç bir nəticə vermədi — yunanlar cəmi bir həftəyə italyan işğalçılarını Albaniyaya doğru geri çəkilməyə məcbur etdilər. Sonrakı üç ay ərzində İtaliya ordusu müdafiə döyüşündə sağ qalmaq uğrunda mübarizə aparmalı oldu. Üstəlik, Taranto bazasında İtaliya donanmasının yarısı Britaniya avia-hücumları ilə sıradan çıxarılmışdı.

Obersalzberqdakı görüşdə Hitler Çianonu sərt tənqid edərək bildirdi ki, İtaliyanın səhvi Britaniyaya Yunanıstana daxil olmaq və Afinada aerodrom qurmaq imkanı yaratdı. Bu isə britaniyalıları Rumıniyadakı həyati əhəmiyyətli neft ehtiyatlarına yaxınlaşdırırdı — Hitler üçün müharibə maşınının əsas yanacağı idi. Bundan başqa, Mussoliniyə yardım üçün Şimali Afrikadan qüvvələrin Yunanıstana yönləndirilməsi zərurəti yaranmışdı.

Hitler hətta İtaliyanı taleyi ilə baş-başa buraxmağı və ya Yunanlarla ayrıca sülh bağlayaraq müttəfiqlərin Balkanlara girişini əngəlləməyi düşünmüşdü. Lakin nəticədə Almaniya 1941-ci ilin aprelində Yunanıstanı işğal etdi və ölkəni öz təslim etdiyi ərazilər siyahısına əlavə etdi.

Məqalədə: #Adolf Hitler #Hitler və SSRİ müharibəsi #Hitlerin ölüm dəstəsi #Benito Mussolini Kimdir? #Benito Mussolini #Mussolini #Hitlerin çevriliş cəhdi #Qaleatso Çiano #Adolf Hitler və Mussolini münasibətləri #İtaliyanın Yunanıstan işğalı #1940 Balkan kampaniyası #Qaleatso Çiano gündəlikləri #İtaliya ordusunun fiaskosu #Balkan cəbhəsi İkinci Dünya Müharibəsi #Taranto hücumu #Britaniya aviazərbələri #Rumıniya neft ehtiyatları #Almaniyanın Yunanıstanı işğalı #Hitler Mussolininin Yunanıstan fiaskosuna görə Çianonu sərt tənqid edib #1940-cı ildə İtaliyanın Yunanıstan hücumu Hitler üçün təhlükə yaratdı #Mussolininin səhvi Almaniyanı Balkanlara müdaxiləyə məcbur etdi #Taranto hücumu və Yunan fiaskosu: Hitler–Mussolini böhranı #Hitler niyə Mussoliniyə qəzəblənmişdi? 1940-cı ilin gizli böhranı #İtaliyanın Yunanıstan fiaskosu: Avropanı dəyişən səhv #Bir həftəlik məğlubiyyət Mussoliniyə nəyə başa gəldi? #Hitlerin Mussoliniyə Yunanıstan hücumu ilə bağlı reaksiyası haqqında ətraflı məlumat

Mövzu üzrə digər xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

00:01
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Tarixdə bu gün

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü

10 Sentyabr 00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 10 Sentyabr

10 Sentyabr 00:01

Son Xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.