5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün dünyanın ilk gəmi xəstəxanası batdı

21 noyabr 1916-cı il tarixində, Birinci Dünya müharibəsi illərində hospital gəmisinə çevrilmiş “Britannic” , Egey dənizində baş verən güclü partlayış nəticəsində batdı. Hadisə zamanı 30 nəfər həlak oldu, lakin 1000-dən çox insan xilas edilə bildi.

21 Noyabr 2025 00:10
Bu gün dünyanın ilk gəmi xəstəxanası batdı

BAKI,AzerVoice

21 noyabr 1916-cı il tarixində, Birinci Dünya müharibəsi illərində hospital gəmisinə çevrilmiş “Britannic” , Egey dənizində baş verən güclü partlayış nəticəsində batdı. Hadisə zamanı 30 nəfər həlak oldu, lakin 1000-dən çox insan xilas edilə bildi.

1912-ci ildə Titanikin batışından sonra, ona bənzər ikinci gəminin – ilkin adı "Gigantic" olan, sonradan "Britannic" adlandırılan gəminin konstruksiyasında əhəmiyyətli dəyişikliklər edildi. Layihəyə aşağıdakılar daxil edildi:

Gəminin gövdəsi gücləndirildi və Bütün sərnişinlərin yerləşəcəyi qədər xilasetmə qayıqları əlavə edildi.

1914-cü ildə suya buraxılan Britannic o zamanın ən böyük kruiz gəmisiydi, lakin Birinci Dünya müharibəsi səbəbilə hospital gəmisi kimi xidmətə cəlb edildi və kapitan Çarli Bartlett tərəfindən idarə edildi.

Fəlakət necə baş verdi?

1916-cı il noyabrın 21-də saat 08:12-də, Britannic Yunanıstan sahillərinə yaxınlaşarkən güclü partlayış qeydə alındı. İstintaq nəticələri tam müəyyən edilməsə də, çoxları gəminin minalanmış əraziyə düşdüyünü ehtimal edir.

Kapitan təcili siqnal verməklə yanaşı, gəmini yaxınlıqdakı Kea adasına tərəf istiqamətləndirməyə çalışdı. Bu, gəmini xilas edə bilərdi, lakin:

Tibbi heyətin havalandırma üçün açdığı ilkin pəncərələrdən (porthole) su içəri dolmağa başladı,

Uzun məsafədə hələ hərəkətdə olan gəmidən vaxtsız salınan xilasetmə qayıqları gəminin pərlərinə ilişərək dağıldı və əksər itkilər həmin qayıqlardakı şəxslər arasında qeydə alındı.

Saat 09:07-də, yəni partlayışdan cəmi 55 dəqiqə sonra, Britannic tamamilə suya qərq oldu. Gəminin qalıqları 1976-cı ildə 120 metrdən çox dərinlikdə tapıldı.

Məqalədə: #Tarixdə bu gün #Britannic faciəsi: Titanikin bacısı gəmisinin son səyahəti #Britannic niyə batdı? Gizli mina və fəlakətli səhvlər #Titanikin bacısı Britannikin sirli sonu — nələr baş verdi? #Bir saatdan az müddətdə batdı: Britannic faciəsi nə öyrədir? #XX əsrin böyük dəniz faciəsi: Britannic-in batması #Britannic – Titanikin taleyini yaşayan bacı gəmi #Hospital gəmisindən dəniz faciəsinə: Britannicin hekayəsi #Britannic gəmisinin batması – səbəblər hələ də müəmmalıdır #Britannic gəmisinin batması #Jacques Cousteau Britannic #Titanic sonrası təhlükəsizlik dəyişiklikləri #Britannic fəlakəti səbəbləri #Britannic xəstəxana gəmisinin Egey dənizində batması ilə bağlı gizli detallar #Titanik dərslərindən sonra Britannic niyə batdı? #Britannic gəmisinin qəzası: mina #səhv #yoxsa başqa səbəblər?

Mövzu üzrə digər xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 5 Sentyabr

00:01
Tarixdə bu gün – 4 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 4 Sentyabr

4 Sentyabr 00:01
Tarixdə bu gün - 3 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 3 Sentyabr

3 Sentyabr 00:01
Tarixdə bu gün - 2 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 2 Sentyabr

2 Sentyabr 00:01

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.