4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Paris Sülh Konfransı başladı

1919-cu il yanvarın 18-də Fransanın paytaxtı Parisdə Birinci Dünya müharibəsindən sonra beynəlxalq nizamı müəyyənləşdirəcək sülh konfransı öz işinə başladı. Paris Sülh Konfransı müharibənin rəsmi şəkildə başa çatmasını təmin etmək məqsədilə çağırılmışdı və dünya tarixinin ən mürəkkəb diplomatik danışıqlarından biri hesab olunur. Növbəti altı ay ərzində əsas qərarlar qalib dövlətlərin – Fransa, Böyük Britaniya, ABŞ və İtaliyanın liderləri tərəfindən qəbul edildi.

18 Yanvar 2026 03:30
Bu gün Paris Sülh Konfransı başladı

BAKI, AzerVoice, Orxan Qədirzadə

1919-cu il yanvarın 18-də Fransanın paytaxtı Parisdə Birinci Dünya müharibəsindən sonra beynəlxalq nizamı müəyyənləşdirəcək sülh konfransı öz işinə başladı.

Paris Sülh Konfransı müharibənin rəsmi şəkildə başa çatmasını təmin etmək məqsədilə çağırılmışdı və dünya tarixinin ən mürəkkəb diplomatik danışıqlarından biri hesab olunur. Növbəti altı ay ərzində əsas qərarlar qalib dövlətlərin – Fransa, Böyük Britaniya, ABŞ və İtaliyanın liderləri tərəfindən qəbul edildi.

Konfransın əsas fiqurlarından biri ABŞ Prezidenti Vudro Vilson idi. O, “qalibsiz sülh” konsepsiyasını müdafiə edir, Almaniyanın həddindən artıq cəzalandırılmasının gələcəkdə yeni münaqişələrə yol aça biləcəyini bildirirdi. Lakin Fransa Baş naziri Jorj Klemanso və Böyük Britaniyanın Baş naziri Devid Lloyd Corc Almaniyanın sərt şəkildə cəzalandırılmasının müharibənin ağır cəzanının olduğu fikrini əsaslandırmaq üçün zəruri olduğunu vurğulayırdılar.

Nəticədə Vilson Almaniyaya münasibətdə güzəştə getdi, əvəzində isə onun təşəbbüsü ilə Millətlər Liqasının yaradılması razılaşdırıldı. Bu qurum gələcək müharibələrin qarşısını almağı hədəfləyən ilk beynəlxalq sülhməramlı təşkilat idi.

Almaniya nümayəndələri sülh konfransına yalnız 1919-cu ilin may ayında dəvət olundu və onlara Versal müqaviləsinin hazır mətni təqdim edildi. Müqaviləyə əsasən, Almaniya geniş ərazilərdən imtina etməli, böyük təzminatlar ödəməli və müharibənin bütün məsuliyyətini üzərinə götürməli idi. Xüsusilə məşhur 231-ci maddə Almaniyanı müharibənin yeganə günahkarı kimi tanıyırdı ki, bu da Alman cəmiyyətində dərin narazılıq yaratdı.

Versal müqaviləsi 1919-cu il iyunun 28-də – Avstriya-Macarıstan taxt-tacının varisi Frans Ferdinandın öldürülməsinin beşinci ildönümündə imzalandı. Sonrakı onilliklərdə bu müqaviləyə qarşı Almaniyada formalaşan qəzəb və revanşizm radikal qüvvələrin, o cümlədən Adolf Hitlerin rəhbərlik etdiyi nasistlərin hakimiyyətə gəlməsinə zəmin yaratdı.

Beləliklə, Parisdə başlanmış sülh prosesi paradoksal şəkildə gələcəkdə daha dağıdıcı olan İkinci Dünya müharibəsinə aparan yolu da formalaşdırmış oldu.

Məqalədə: #Tarixdə bu gün: Paris Sülh Konfransı başladı #18 yanvar 1919: Birinci Dünya müharibəsindən sonra sülh axtarışı #Birinci Dünya müharibəsindən sonra dünya yenidən bölündü #Parisdə tarixi danışıqlar: Versal müqaviləsinə gedən yol #Paris Sülh Konfransı və gələcək müharibənin toxumları #Tarixdə bu gün: Millətlər Liqasına aparan danışıqlar #Tarihte bugün: Paris Barış Konferansı başladı #18 Ocak 1919: Dünya savaş sonrası masaya oturdu #Paris’te barış görüşmeleri ve Versay süreci #Birinci Dünya Savaşı sonrası yeni düzen #Paris Konferansı ve Almanya’ya dayatılan barış #Tarihte bugün: Versay Antlaşması’nın temeli atıldı

Mövzu üzrə digər xəbərlər

Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

00:10
Tarixdə bu gün – 4 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 4 Sentyabr

00:01
Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt
Tarixdə bu gün

Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

3 Sentyabr 03:00
Tarixdə bu gün - 3 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 3 Sentyabr

3 Sentyabr 00:01

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.