12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Corc Buş Konqresdə çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı

2002-ci il yanvarın 29-da ABŞ Prezidenti Corc Uoker Buş 11 sentyabr terror aktlarından sonra Konqresdə ilk “Ölkənin vəziyyəti haqqında” çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı. Corc Buş prezidentliyinin birinci ilini yenicə tamamladığı, ABŞ ordusunun isə Əfqanıstanda hərbi əməliyyatlara başladığı bir dövrdə çıxış edərək bu üç dövləti ABŞ və beynəlxalq təhlükəsizlik üçün əsas təhdid mənbələri kimi təqdim etdi. Bu bəyanat sonradan ABŞ xarici siyasətinin onilliklər ərzində istiqamətini müəyyən edən “terrora qarşı müharibə” doktrinasının ideoloji əsaslarından biri oldu.

29 Yanvar 2026 02:00
Bu gün Corc Buş Konqresdə çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

2002-ci il yanvarın 29-da ABŞ Prezidenti Corc Uoker Buş 11 sentyabr terror aktlarından sonra Konqresdə ilk “Ölkənin vəziyyəti haqqında” çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı.

Corc Buş prezidentliyinin birinci ilini yenicə tamamladığı, ABŞ ordusunun isə Əfqanıstanda hərbi əməliyyatlara başladığı bir dövrdə çıxış edərək bu üç dövləti ABŞ və beynəlxalq təhlükəsizlik üçün əsas təhdid mənbələri kimi təqdim etdi. Bu bəyanat sonradan ABŞ xarici siyasətinin onilliklər ərzində istiqamətini müəyyən edən “terrora qarşı müharibə” doktrinasının ideoloji əsaslarından biri oldu.

Buş administrasiyası iddia edirdi ki, İraq, İran və Şimali Koreya kütləvi qırğın silahları hazırlayır və terrorçu qruplaşmaları dəstəkləyir. “Şər oxu” ifadəsi ABŞ-ın İkinci Dünya müharibəsində mübarizə apardığı ox dövlətlərinə açıq istinad kimi formalaşdırılmışdı. Bu termin prezidentin çıxış mətninin müəlliflərindən biri olan Devid Frum tərəfindən irəli sürülmüşdü.

Qeyd edək ki, Corc Buşun atası, ABŞ-ın keçmiş prezidenti Corc Herbert Uoker Buş 1990-cı ildə Küveyti işğal edən İraqa qarşı hərbi əməliyyata rəhbərlik etmiş, lakin Səddam Hüseyni hakimiyyətdə saxlamışdı. 11 sentyabr hadisələrindən sonra isə Buş administrasiyası əvvəlcə Əfqanıstana müdaxilə etdi, ardınca diqqəti İraqda rejim dəyişikliyinə yönəltdi.

Maraqlıdır ki, “şər oxu”na daxil edilən dövlətlər arasında real hərbi-siyasi ittifaq mövcud deyildi. Xüsusilə İraq və İran uzun illər bir-birinə düşmən mövqedə olmuşdu. Buna baxmayaraq, bu anlayış ABŞ cəmiyyətində və beynəlxalq arenada İraqa qarşı ikinci hərbi müdaxilənin əsaslandırılması üçün geniş istifadə olundu.

Məqalədə: #ABD #Irak #29 yanvar: ABŞ şər oxu anlayışını irəli sürdü #Corc Buş İraq #İran və Şimali Koreyanı hədəf göstərdi #Şər oxu: ABŞ xarici siyasətində dönüş nöqtəsi #ABŞ-ın terrora qarşı müharibə doktrinasının başlanğıcı #Tarixdə bu gün: şər oxu anlayışının yaranması #29 Ocak: Bush şer ekseni kavramını açıkladı #İran ve Kuzey Kore’yi hedef aldı #Şer ekseni ABD dış politikasında dönüm noktası oldu #Bush’un 2002 konuşmasının etkileri #Teröre karşı savaş doktrininin temeli #Tarihte bugün: Şer ekseni söylemi

Mövzu üzrə digər xəbərlər

12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 12 sentyabr

00:01
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

11 Sentyabr 00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

11 Sentyabr 00:01

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.