10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Pele Braziliyaya ilk dəfə Dünya Kuboku titulunu qazandırdı

Turnirin ən parlaq siması isə Edson Arantis du Nasimentu olub

29 İyun 2026 03:00
Bu gün Pele Braziliyaya ilk dəfə Dünya Kuboku titulunu qazandırdı

BAKI,VOA

1958-ci il iyunun 29-da futbol tarixinin ən yaddaqalan hadisələrindən biri baş verib. Braziliya milli komandası İsveçdə keçirilən futbol üzrə dünya çempionatının finalında ev sahibi İsveçi 5:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionu olub.

Həmin dövrdə turnirin əsas favoritlərindən biri hesab edilən Braziliya gözləntiləri doğruldaraq nümayiş etdirdiyi hücum futbolu ilə bütün dünyanın diqqətini cəlb edib. Komandanın sürətli, texnikalı və baxımlı oyun üslubu sonradan futbol tarixində "gözəl oyun" anlayışı ilə məşhurlaşıb.

Turnirin ən parlaq siması isə Edson Arantis du Nasimentu olub. Dünyada Pele adı ilə tanınan futbolçu cəmi 17 yaşında dünya futbolunun ən böyük ulduzuna çevrilməyi bacarıb.

Pelenin atası Dodinyo da peşəkar futbolçu olub. Gənc futbolçuya ABŞ ixtiraçısı Tomas Edisonun şərəfinə Edson adı verilib. Anası həyat yoldaşının futbolçu kimi maddi çətinliklərlə üzləşdiyini gördüyü üçün oğlunun futbol oynamasını istəmirdi. Lakin Pele futbol sevgisindən əl çəkməyib.

O, 14 yaşında Braziliya millisinin keçmiş futbolçusu De Brito tərəfindən kəşf edilib. De Brito gənc istedadın inkişafına dəstək göstərərək onun peşəkar futbola yüksəlməsində mühüm rol oynayıb.

Pele 16 yaşında ilk dəfə Braziliya millisinin formasını geyinib. O, dünya çempionatında debütünü isə 1958-ci ildə, cəmi 17 yaşında İsveçdə keçirilən mundialda edib.

Gənc futbolçu turnirin ilk iki oyununda meydana çıxmasa da, Braziliyanın qrup mərhələsində Sovet İttifaqına qarşı keçirdiyi üçüncü görüşdə ilk dəfə şans qazanıb. Həmin oyunda Vavanın vurduğu qolda məhsuldar ötürmə müəllifi olub.

Pelenin dünya çempionatındakı ilk qolu dörddəbir finalda Uels yığmasına qarşı oyunda qeydə alınıb. Braziliya həmin görüşdə rəqibini məhz Pelenin yeganə qolu sayəsində 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Əsl futbol nümayişi isə yarımfinalda Fransa millisinə qarşı baş tutub.

İsveçin "Rosunda" stadionunda azarkeşlərin digər yarımfinal qarşılaşması – İsveç və Qərbi Almaniya komandalarının oyununu radiolar vasitəsilə izlədiyi vaxt Pele Fransa müdafiəsinə qarşı möhtəşəm oyun sərgiləyib.

17 yaşlı futbolçu sol cinahdan təşkil etdiyi hücumlarla Fransa komandasını çətin vəziyyətə salıb və görüşdə het-trik edərək komandasını finala çıxarıb. Fransız futbolçular gənc oyunçunun qarşısını almaqda aciz qalıblar.

Final qarşılaşmasında isə Pele və Vava hərəyə iki qol vuraraq Braziliyanın 5:2 hesablı qələbəsində əsas pay sahibləri olublar.

Braziliya dünya çempionu elan edildikdən və komandaya "Jül Rime" kuboku təqdim olunduqdan sonra futbolçular sevinc göz yaşlarını saxlaya bilməyiblər.

Braziliya bundan sonra daha iki dəfə – 1962 və 1970-ci illərdə də dünya çempionu olub. Beləliklə, üç dəfə dünya çempionu olan ilk ölkə kimi "Jül Rime" kubokunu daimi olaraq özündə saxlamaq hüququ qazanıb.

1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi Peleni XX əsrin ən böyük idmançılarından biri elan edib. O, bu ada layiq görülən 11 görkəmli idmançı sırasında yer alıb.

Dünya futbolunun əfsanələrindən sayılan Pele 2022-ci il dekabrın 29-da, 82 yaşında vəfat edib.

Məqalədə: #1958 dünya çempionatı finalı #Braziliya milli komandası #İsveç dünya çempionatı #Pele (Edson Arantis du Nasimentu) #Vava futbolçu

Mövzu üzrə digər xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Tarixdə bu gün

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü

00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 10 Sentyabr

00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 9 Sentyabr

9 Sentyabr 00:01
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Tarixdə bu gün

Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları

9 Sentyabr 00:01

Son Xəbərlər

Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.