7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Sağlam pəhriz, yoxsa vitamin həbləri? Ömrü 10 il uzatmağın elmi yolu

ABŞ-da aparılan son tədqiqatların nəticələrinə görə, multivitamin əlavələrinin ömrü uzatmadığı və hətta bu əlavələrdən istifadə edənlərin ölüm riskinin daha yüksək olduğu ortaya çıxıb. Bu barədə ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları tərəfindən multivitaminlərin uzunömürlülük üzərində təsirini qiymətləndirən məqalədə məlumat verilib. Sözügedən araşdırma JAMA Network Open jurnalında çərşənbə günü dərc edilib.

21 May 2026 12:04
Sağlam pəhriz, yoxsa vitamin həbləri? Ömrü 10 il uzatmağın elmi yolu

BAKI,VOA

ABŞ-da aparılan son tədqiqatların nəticələrinə görə, multivitamin əlavələrinin ömrü uzatmadığı və hətta bu əlavələrdən istifadə edənlərin ölüm riskinin daha yüksək olduğu ortaya çıxıb. Bu barədə ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları tərəfindən multivitaminlərin uzunömürlülük üzərində təsirini qiymətləndirən məqalədə məlumat verilib. Sözügedən araşdırma JAMA Network Open jurnalında çərşənbə günü dərc edilib.

20 illik təqib və 4 faizlik ölüm riski

Əvvəlki üç hərtərəfli araşdırmanın nəticələrini təhlil edən tədqiqatçılar, ümumi 390 min 124 yetkin insanın məlumatlarını araşdırıb. Ən azı 20 il izlənilən bu insanlar ümumiyyətlə sağlam olublar.

Araşdırma nəticəsində tədqiqatçılar multivitaminlərin erkən ölüm riskini azaltdığına dair heç bir dəlil tapmayıblar. Lakin qeyd edilib ki, bu cür əlavələr qəbul edən insanların təqib dövrünün ilk illərində ölüm riski 4 faiz daha yüksəkdir. Bu, multivitaminlərin zərərli olduğunu göstərsə də, qocalmış və ya sağlamlıq problemləri olan insanların vitamin əlavələrini daha çox qəbul etməyə başlaması ilə də izah edilə bilər.

Mütəxəssislər buna ehtiyacı olan insanların ayrı-ayrı vitamin əlavələrini qəbul etmələrinin zərərli olmadığını bildirirlər. Məsələn, dəmir və ya B vitamini çatışmazlığından əziyyət çəkən insanların onları əlavə olaraq qəbul etmələri yaxşıdır. Cobern deyir ki, əgər həkim vitamin təyin edirsə, o dərmanı qəbul etmək vacibdir.

Qeyd edək ki, bir çox mütəxəssis multivitaminlərin faydalarına şübhə ilə yanaşır. Bir çox insanlar daha sağlam həyat sürmək üçün fərdi vitamin və ya mineral əlavələrindən və ya multivitaminlərdən istifadə edirlər. Bu dərman sektoru bazarının on milyardlarla dollar dəyərində olduğu təxmin edilir.

Multivitaminlərlə bağlı araşdırmalarda indiyədək müxtəlif nəticələr əldə edilib:

Bəzi araşdırmalar bu əlavələrin xərçəng, ürək xəstəliyi və diabet kimi xəstəliklərin riskini artırdığını irəli sürüb. Digər tərəfdən, başqa bir araşdırma multivitaminlərin qocalıqda koqnitiv (idrak, zehni) geriləməni yavaşlatdığını iddia edir.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, ən vacib şey sağlam qidalanmadır. Tədqiqatda iştirak etməyən diyetoloq Duane Mellor bildirir ki: "Təkcə vitamin və mineral əlavələr qeyri-sağlam pəhrizi düzəldə biləməz, lakin bir insan qidadan bu vitaminləri almaqda çətinlik çəkirsə, ən təməl qida maddələrini vitaminlər vasitəsiylə təmin edə bilər".

Belə ki, 2023-cü ildə aparılan bir araşdırma, sağlam qidalanmanın insanın ömrünü 10 il uzada biləcəyini müəyyən edib.Pəhrizimizə daha çox tərəvəz, tam taxıl və ya paxlalılar əlavə etməklə, qırmızı ət və spirt istehlakını azaltmaqla və oturaq həyat tərzini dəyişməklə yəqin ki, hamımız fayda əldə edə bilərik.

Məqalədə: #multivitamin #sağlamlıq #düzgün qidalanma #JAMA Network Open #Multivitaminlər #ABŞ Milli Sağlamlıq İnstitutu #Dərman sektoru bazarı #Erkən ölüm riski dəlilləri #Diyoloq Duane Mellor rəyi #B vitamini çatışmazlığı #Qeyri-sağlam pəhrizin fəsadları #Oturaq həyat tərzini dəyişmək #Xərçəng və ürək xəstəliyi riski

Mövzu üzrə digər xəbərlər

Öd kisəsi əməliyyatından sonra oruc: Şəriət və tibb nə deyir?
İslam və həyat: Şəriət sualları

Öd kisəsi əməliyyatından sonra oruc: Şəriət və tibb nə deyir?

2 Mart 20:21
Qışda Ramazan: sağlam oruc üçün düzgün qidalanma və planlama
Redaktorun seçimi

Qışda Ramazan: sağlam oruc üçün düzgün qidalanma və planlama

19 Fevral 18:45
Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər
Maraqlı faktlar

Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

11 Oktyabr 2025 12:00
Xroniki yuxusuzluq beyni 3,5 il daha sürətli qocaldır
Maraqlı faktlar

Xroniki yuxusuzluq beyni 3,5 il daha sürətli qocaldır

13 Sentyabr 2025 12:12

Son Xəbərlər

Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.