7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

Yeni elmi araşdırma göstərib ki, insanların şəxsiyyət xüsusiyyətləri onların ömür uzunluğuna birbaşa təsir göstərə bilər. Mütəxəssislər hesab edir ki, bu nəticələr gələcəkdə fərdiləşdirilmiş tibbi xidmətlərin formalaşmasına təkan verəcək. Araşdırmanın nəticələrinə görə, nizamlı, məsuliyyətli, aktiv, yardımsevər və çalışqan şəxslər daha uzun ömür sürürlər. Əvəzində pessimist, narahat və stressə meyilli insanlar daha yüksək ölüm riski ilə üzləşirlər.

11 Oktyabr 2025 12:00
Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

BAKI,AzerVoice, Fərid Mikayılov

Yeni elmi araşdırma göstərib ki, insanların şəxsiyyət xüsusiyyətləri onların ömür uzunluğuna birbaşa təsir göstərə bilər. Mütəxəssislər hesab edir ki, bu nəticələr gələcəkdə fərdiləşdirilmiş tibbi xidmətlərin formalaşmasına təkan verəcək.

Araşdırmanın nəticələrinə görə, nizamlı, məsuliyyətli, aktiv, yardımsevər və çalışqan şəxslər daha uzun ömür sürürlər. Əvəzində pessimist, narahat və stressə meyilli insanlar daha yüksək ölüm riski ilə üzləşirlər.

Tədqiqatçılar vurğulayıblar ki, insanın özünü necə dəyərləndirməsi onun davranış və sağlamlıq vərdişlərinə təsir göstərir.

Məsələn, nizamlı şəxslər dərmanlarını vaxtında qəbul edir və sağlam həyat rejiminə daha çox riayət edirlər.

Araşdırma “Journal of Psychosomatic Research” jurnalında dərc olunub və şəxsiyyətin qiymətləndirilməsində istifadə olunan ənənəvi “Böyük Beşlik” (OCEAN) modelinin yeni interpretasiyasına əsaslanıb.

Bu model şəxsiyyəti beş əsas göstəriciyə bölür: açıqlıq, vicdanlılıq, ünsiyyətcillik, uyğunluq və nevrotiklik.

Edinburq Universitetinin professoru Rene Mottusun rəhbərlik etdiyi alimlər qrupu 22 min nəfərin məlumatlarını təhlil edərək müəyyən edib ki, bu modelin daha incə, konkret alt göstəricilərə bölünməsi ilə ölüm ehtimalını proqnozlaşdırmaq iki dəfə daha dəqiq olur.

“Yaş, cins və xəstəliklər nəzərə alınsa belə, özünü ‘aktiv’ hesab edən insanların ölüm riski orta hesabla 21 faiz daha azdır,” – deyə professor Mottus qeyd edib.

Psixoloq və idrak elmləri üzrə tədqiqatçı Dr. John Francis Leader bildirib ki, düşüncə və davranış tərzləri insanların həm psixoloji rifahına, həm də profilaktik sağlamlıq tədbirlərinə riayət etməsinə təsir edir.

Leader əlavə edib ki, şəxsiyyət xüsusiyyətləri tamamilə sabit deyil və şüurlu səy, motivasiya və həyat tərzi dəyişiklikləri ilə zamanla formalaşa bilər.

Məqalədə: #psixalogiya #sağlamlıq #Elmi araşdırma #elmi tədqiqat #Bunu bilirsinizmi? #Sağlam həyat tərzi #Journal of Psychosomatic Research #Rene Mottus #Dr. John Francis Leader

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

4 Sentyabr 14:11
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.