14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabCars
ArabCars

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kinetiz komandası İtaliyanın İmola şəhərində keçirilən Abu-Dabi Avtonom Yarış Liqasının (A2RL) ilk beynəlxalq yarışında qalib gəlib.

7 Sentyabr 2026 16:09

ArabAZ xəbər verir ki,Yarış İmola avtodromunda ACI Racing Weekend çərçivəsində keçirilib və 12 dövrədən ibarət olub. Bu, A2RL-nin Əbu-Dabidəki Yas Marina avtodromunda keçirilən iki mövsümdən sonra ilk beynəlxalq yarışı olub.

Ford İraqda yeni rəsmi distribyutor təyin edib Bunu da oxuyun Ford İraqda yeni rəsmi distribyutor təyin edib

Yarışda beş avtonom avtomobil iştirak edib. Kinetiz birinci, Almaniyanın Constructor Racing komandası ikinci, İtaliyanın PoliMOVE komandası üçüncü, Unimore dördüncü, Almaniyanın 2024 və 2025-ci illərin çempionu TUM isə beşinci olub.

Bütün komandalar eyni EAV-25 avadanlığından istifadə edib. Bu səbəbdən nəticədə əsas fərqi avtomobillərin qavrayış, marşrut planlaşdırması, idarəetmə və real vaxt rejimində qərarvermə imkanlarını təmin edən proqram təminatı yaradıb.

Yarışın əvvəlində poul mövqeyindən başlayan Unimore ən sürətli dövrəni 1 dəqiqə 40 saniyəyə başa vurub. Daha sonra texniki nasazlıq səbəbindən avtomobil dayanıb. Liderin arxasınca hərəkət edən PoliMOVE isə onu vaxtında keçə bilməyərək Unimore ilə toqquşub. Hər iki komandanın mübarizədən kənar qalmasından sonra liderlik Kinetizə keçib və komanda üstünlüyünü finişədək qoruyub.

A2RL Abu-Dabinin Qabaqcıl Texnologiyalar üzrə Tədqiqat Şurasının ASPIRE bölməsi tərəfindən təşkil olunur. Liqa süni intellekt və avtonom mobillik texnologiyalarının real yarış şəraitində sınaqdan keçirilməsi və inkişaf etdirilməsi məqsədi daşıyır.

Yarışdan əvvəl komandalar doqquz gün ərzində dəyişkən hava şəraitində, o cümlədən yağış və dolu zamanı sınaqlar keçirib. Testlər zamanı komandalar birlikdə 38 dövrə vurub. A2RL-nin növbəti yarışı Əbu-Dabidəki Yas Marina avtodromunda keçiriləcək.

Məqalədə: #BƏƏ #Süni intellekt #İtaliya #Kinetiz #A2RL #Abu-Dabi Avtonom Yarış Liqası #avtonom avtomobil yarışı #İmola avtodromu #avtonom mobillik #robot avtomobillər #Yas Marina

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Avto İcmal və Testlər

Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək

07:56
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

13 Sentyabr 19:51
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
Avto İcmal və Testlər

701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı

12 Sentyabr 10:11
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
Offroad & 4x4

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları

10 Sentyabr 23:00

Son Xəbərlər

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.