5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

İnsanı insan edən 46 sap: Xromosom həqiqətləri

Tibb elmi zaman-zaman bizə heyrətləndirici məlumatlar təqdim edir.

29 İyun 2025 10:39
İnsanı insan edən 46 sap: Xromosom həqiqətləri

BAKI,AzerVoice

Tibb elmi zaman-zaman bizə heyrətləndirici məlumatlar təqdim edir. Bu dəfə isə mövzumuz insan xromosomları və onların həyatımıza təsiridir. Ailə fotoşəkillərinə baxarkən uşaqların valideynlərinə, valideynlərin isə öz valideynlərinə bənzədiyini görürük. Bu oxşarlıq təsadüfi deyil – genetik irsiyyət mexanizmləri vasitəsilə nəsildən-nəslə ötürülür və bu prosesin mərkəzində xromosomlar dayanır.

Canlı orqanizmlərin – təkhüceyrəli yosunlardan tutmuş Afrika fillərinə qədər – bütün hüceyrələrinin nüvəsində xromosomlar yerləşir. Bu xromosomlar yalnız elektron mikroskop vasitəsilə görünə bilən nazik və uzun formalı “saplar”dır.

Xromosom nədir?

“Xromosom” sözü qədim yunan dilindəki “χρῶμα” (rəng) və “σῶμα” (bədən) sözlərindən yaranıb. Bunlar hüceyrə nüvəsində yerləşən, irsi məlumatları (genləri) daşıyan və ötürən nukleoprotein strukturlardır. Onlar irsi məlumatın qorunması, oxunması və növbəti nəsillərə ötürülməsi funksiyalarını yerinə yetirir.

İnsanda neçə xromosom var?

19-cu əsrin sonlarında alimlər müxtəlif canlıların xromosom sayının fərqli olduğunu aşkar etdilər. Məsələn:

Noxudda: 14 xromosom

Siçovulda: 42 xromosom

İnsanda: 46 xromosom (23 cüt)

İnsanda xromosomların 22 cütü bədən (autosom), 1 cütü isə cinsiyyət (gonosom) xromosomlarıdır. Qadınlarda bu cüt XX, kişilərdə isə XY formadadır. Beləliklə, doğulacaq uşağın cinsi iyirmi üçüncü cüt xromosomun – XX və ya XY – tərkibindən asılı olaraq müəyyən edilir. Bu isə birbaşa olaraq kişi və qadın cinsiyyət hüceyrələrinin mayalanma prosesindəki birləşməsindən asılıdır.

Maraqlı müqayisələr

İnsan bədənindəki xromosom sayı, düşündüyümüzün əksinə olaraq, bəzi heyvanlara nisbətən azdır.Məsələn, bəzi keçilərdə 60 xromosom, ilbizdə isə 80 xromosom mövcuddur.

Bu da sübut edir ki, canlıların mürəkkəbliyi təkcə xromosom sayından deyil, həmin xromosomlardakı genetik informasiyanın quruluş və funksiyasından asılıdır.

DNT və xromosomların quruluşu

Xromosomlar əsasən zülal və ikiqat spiral formasında olan DNT (dezoksiribonuklein turşusu) molekulundan ibarətdir. Hər bir hüceyrədə təxminən 2 metr uzunluğunda DNT yerləşir. Bütün insan orqanizmindəki hüceyrələrdəki DNT-ni birləşdirsək, bu məsafə təxminən 100 milyard kilometr təşkil edərdi – bu da Yer və Günəş arasındakı məsafəni onlarla dəfə üstələyir.

Xromosomlar və genetik irsiyyət sistemləri bədənimizdəki ən mürəkkəb, eyni zamanda ən maraqlı mexanizmlərdəndir. Hər bir insanın genetik kodunda milyonlarla məlumat daşıyan bu strukturlar həyatın davamlılığını və bioloji fərqliliyi təmin edir.

Məqalədə: #Maraqlı faktlar #insan xromosomları #xromosom nədir #DNT və genetik məlumat #irsi xəstəliklər #genetik irsiyyət #xromosom sayı #XX və XY xromosomları #insan genetikası #xromosom faktları #DNT spiral quruluşu #genetik oxşarlıq #hüceyrə nüvəsi #cinsiyyətin təyini #insan orqanizmi və xromosomlar #xromosomların quruluşu və funksiyası

Mövzu üzrə digər xəbərlər

Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri
Maraqlı faktlar

Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

19 İyul 20:00
Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar
Maraqlı faktlar

Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

7 İyun 22:00
Canlılar dünyasından qeyri-adi xəbərlər: Kim yatır, kim uçur, kim gizlənir?
Maraqlı faktlar

Canlılar dünyasından qeyri-adi xəbərlər: Kim yatır, kim uçur, kim gizlənir?

31 May 20:00
Mafiyanın məğlubiyyəti və iqtisadi sıçrayış: Faşist İtaliyasının pərdəarxası
Maraqlı faktlar

Mafiyanın məğlubiyyəti və iqtisadi sıçrayış: Faşist İtaliyasının pərdəarxası

31 May 10:01

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.