10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran nüvə silahı əldə etməyə çalışmır - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi nüvə silahı əldə etmək niyyətində deyil və regionda gərginliyin azalmasının tərəfdarıdır. O qeyd edib ki, Novruz İran mədəniyyətində yeni başlanğıc rəmzidir və mövcud şəraitdə buna hər zamankından daha çox ehtiyac var.

21 Mart 2026 10:40
İran nüvə silahı əldə etməyə çalışmır - Pezeşkian

BAKI,VOA, Fərid Mikayılov

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi nüvə silahı əldə etmək niyyətində deyil və regionda gərginliyin azalmasının tərəfdarıdır.

VOA xəbər verir ki, Pezeşkian Novruz bayramı münasibətilə video müraciətində çıxış edərək birlik və həmrəyliyin vacibliyini vurğulayıb.

O qeyd edib ki, Novruz İran mədəniyyətində yeni başlanğıc rəmzidir və mövcud şəraitdə buna hər zamankından daha çox ehtiyac var.

Prezident qonşu ölkələrlə münasibətlərdə problem yaşamaq istəmədiklərini bildirərək, bütün fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə hazır olduqlarını deyib.

“Ümid edirik ki, münasibətlərdə yaranmış problemləri aradan qaldıra biləcəyik. Dost ölkələrlə bütün məsələləri həll etməyə hazırıq”- deyə Pezeşkian bildirib.

O vurğulayıb ki, İranda heç bir rəsmi şəxs kütləvi qırğın silahlarının hazırlanmasını dəstəkləmir və bu istiqamətdə addımlar atılmır. Pezeşkianın sözlərinə görə, ölkənin ali rəhbəri tərəfindən də nüvə silahlarının dini baxımdan qadağan olunduğu dəfələrlə bildirilib.

İran Prezidenti əlavə edib ki, regionda sabitliyin təmin olunması üçün Yaxın Şərq ölkələrinin iştirakı ilə yeni təhlükəsizlik mexanizminin yaradılması təklif olunur. Bu təşəbbüsün bölgədə sülh, təhlükəsizlik və sabitliyi təmin etməyə xidmət edəcəyi qeyd olunub.

Məqalədə: #İran #Tehran #Məsud Pezeşkian #nüvə silahı #Novruz bayramı

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran

İran rejimi süquta “çox yaxındır” - Netanyahu

9 Sentyabr 19:50
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran

İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb

9 Sentyabr 18:25

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.