9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran ABŞ-ın quru əməliyyatı təhdidlərinə cavab verib

İran Silahlı Qüvvələrinin Baş Qərargah sözçüsü briqada generalı Əbülfəzl Şikarçi ABŞ-ın mümkün quru hücumu ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Dövlət televiziyasında çıxış edən Şikarçi, ABŞ Prezidenti Donald Trampın hədələrini dəyərləndirərək, Tehranın hər cür ssenariyə hazır olduğunu bildirib. "Biz Amerikanın quru hücumunun başlamasını gözləyirik. Onlara elə bir dərs verəcəyik ki, dünyanın ən zəif ölkəsini belə işğal etməyi xəyallarına gətirə bilməyəcəklər," — deyə general vurğulayıb.

3 Aprel 2026 12:59
İran ABŞ-ın quru əməliyyatı təhdidlərinə cavab verib

BAKI,VOA, Nailə Babazadə

İran Silahlı Qüvvələrinin Baş Qərargah sözçüsü briqada generalı Əbülfəzl Şikarçi ABŞ-ın mümkün quru hücumu ilə bağlı kəskin bəyanatlarla çıxış edib.

VOA xəbər verir ki, dövlət televiziyasında çıxış edən Şikarçi, ABŞ Prezidenti Donald Trampın hədələrini dəyərləndirərək, Tehranın hər cür ssenariyə hazır olduğunu bildirib. "Biz Amerikanın quru hücumunun başlamasını gözləyirik. Onlara elə bir dərs verəcəyik ki, dünyanın ən zəif ölkəsini belə işğal etməyi xəyallarına gətirə bilməyəcəklər," — deyə general vurğulayıb.

Şikarçi ABŞ rəhbərliyini İranın daxili quruluşu haqqında cahillikdə ittiham edib. O bildirib ki, Vaşinqton ali rəhbər Əli Xameneyinin öldürülməsi ilə ölkənin qısa müddətdə lidersiz qalacağını zənn edib, lakin bu, böyük bir yanlış hesablamadır. General həmçinin ABŞ-ı mülki hədəfləri vurmaqda günahlandırıb: "Minabda məktəbə 'Tomahawk' raketləri ataraq 160-dan çox uşağı qana buladılar. Bu, Amerikanın və Trampın çarəsizliyinin göstəricisidir".

Quru qarşıdurması zamanı ABŞ ordusuna "fəlakət yaşadacaqlarını" iddia edən Şikarçi, gələcək nəsillərin bir daha ABŞ ordusuna könüllü qatılmaq istəməyəcəyini deyib. O, amerikalı hərbçilərin itkilərdən qaçmaq üçün mülki obyektlərdə — limanlarda, fabriklərdə və otellərdə gizləndiyini, bölgə xalqını "canlı qalxan" kimi istifadə etdiyini irəli sürüb. Şikarçi vurğulayıb ki, quru hücumu zamanı heç bir sığınacaq onları xilas edə bilməyəcək.

Xatırladaq ki, fevralın 28-də başlayan "Epic Fury" əməliyyatı ilə regionda gərginlik pik həddə çatıb. İran tərəfi indiyədək bölgədəki bir çox ABŞ bazasını hədəf aldığını və amerikalı hərbçilərin bəzi məntəqələri tərk etdiyini xatırladaraq, söylədikləri hər bir təhdidi reallaşdırdıqlarını iddia edir. Analitiklər hesab edirlər ki, hər iki tərəfin qarşılıqlı "məhv etmə" bəyanatları Yaxın Şərqi tammiqyaslı və uzunmüddətli quru müharibəsinin astanasına gətirib.

Məqalədə: #İran #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail və İran

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

8 Sentyabr 19:13
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.