7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran 7 ərəb ölkəsinə 5 min 850-dən çox raket və PUA zərbəsi endirib

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və Tehranın buna verdiyi cavab zərbələri nəticəsində Körfəz bölgəsində gərginlik pik həddə çatıb. Müxtəlif ölkələrin müdafiə nazirlikləri və rəsmi enformasiya mərkəzlərindən əldə edilən məlumatlara görə, fevralın 28-dən bəri İran tərəfindən əksəriyyəti ərəb ölkələrində yerləşən ABŞ bazaları və kritik infrastruktur obyektlərinə 5 min 850-dən çox raket və pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

4 Aprel 2026 16:10
İran 7 ərəb ölkəsinə 5 min 850-dən çox raket və PUA zərbəsi endirib

BAKI,VOA, Nailə Babazadə

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və Tehranın buna verdiyi cavab zərbələri nəticəsində Körfəz bölgəsində gərginlik pik həddə çatıb.

VOA xəbər verir ki, müxtəlif ölkələrin müdafiə nazirlikləri və rəsmi enformasiya mərkəzlərindən əldə edilən məlumatlara görə, fevralın 28-dən bəri İran tərəfindən əksəriyyəti ərəb ölkələrində yerləşən ABŞ bazaları və kritik infrastruktur obyektlərinə 5 min 850-dən çox raket və pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Statistik göstəricilər bu hücumlardan ən çox zərər çəkən və ən çox hava hədəfi zərərsizləşdirən ölkənin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olduğunu ortaya qoyur. BƏƏ Müdafiə Nazirliyinin rəsmi açıqlamasına əsasən, ölkənin hava hücumundan müdafiə sistemləri əməliyyatların başlandığı gündən bəri 498 ballistik raket, 23 qanadlı raket və 2 min 85 PUA-nı havada məhv edib. Ümumilikdə İranın həyata keçirdiyi hücumların təxminən 15%-i birbaşa İsrail ərazisinə yönəldilib.

Hücum dalğası BƏƏ ilə yanaşı digər Körfəz ölkələrini də ciddi şəkildə hədəf alıb. Küveyt hökuməti 319 ballistik raket və 690 PUA-nı zərərsizləşdirdiyini, Bəhreyn isə 188 raket və 453 PUA-nı vurduğunu bəyan edib. Səudiyyə Ərəbistanı ərazisinə ən azı 87 raket və 883 PUA hücumu qeydə alınıb. Qətər 318, İordaniya 278, Oman isə 19 hava hədəfinin qarşısını aldığını açıqlayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də Vaşinqton və Tehran arasında diplomatik danışıqların davam etdiyi bir vaxtda İrana qarşı hərbi hücuma başlayıb. Bu zərbələr nəticəsində İranın ali lideri Əli Xamenei və bir çox yüksək rütbəli rəsmi şəxs həyatını itirib. İran rəhbərliyi isə buna cavab olaraq ABŞ hərbi bazalarının yerləşdiyi region ölkələrindəki strateji nöqtələri hədəf seçib. Hazırda bölgədə hava hücumundan müdafiə sistemləri ən yüksək hazırlıq vəziyyətindədir.

Məqalədə: #PUA #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
İran

İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

31 Avqust 10:30
Üsamə bin Ladeni öldürən hərbiçidən UFO ilə bağlı iddia: “Bunlar ABŞ-nin gizli PUA-larıdır”
Digər Xəbərlər

Üsamə bin Ladeni öldürən hərbiçidən UFO ilə bağlı iddia: “Bunlar ABŞ-nin gizli PUA-larıdır”

26 Avqust 10:06
Moskva səmasında 28 dron vurulub - Rusiya
Digər Dövlətlər

Moskva səmasında 28 dron vurulub - Rusiya

20 Avqust 11:48
Britaniya Ukrayna böhranını qəsdən gərginləşdirir - Rusiya
Digər Dövlətlər

Britaniya Ukrayna böhranını qəsdən gərginləşdirir - Rusiya

18 Avqust 11:23

Son Xəbərlər

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.