6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran uranın zənginləşdirilməsi proqramına qoyulan məhdudiyyətləri rədd edir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami cümə axşamı verdiyi açıqlamada, ABŞ və İsrailin tələb etdiyi uranın zənginləşdirilməsi proqramına dair hər hansı məhdudiyyəti qəti şəkildə rədd edib. Eslami Tehranın nüvə fəaliyyətlərinin ölkənin suveren hüququ olduğunu vurğulayıb.

9 Aprel 2026 21:10
İran uranın zənginləşdirilməsi proqramına qoyulan məhdudiyyətləri rədd edir

BAKI,VOA, Nailə Babazadə

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami cümə axşamı verdiyi açıqlamada, ABŞ və İsrailin tələb etdiyi uranın zənginləşdirilməsi proqramına dair hər hansı məhdudiyyəti qəti şəkildə rədd edib. Eslami Tehranın nüvə fəaliyyətlərinin ölkənin suveren hüququ olduğunu vurğulayıb.

VOA xəbər verir ki, ISNA xəbər agentliyinə müsahibə verən Eslami, Qərbin və İsrailin Tehrana diktə etmək istədiyi şərtləri sərt dillə tənqid edib: "Düşmənlərimizin İranın zənginləşdirmə proqramını məhdudlaşdırmaq üçün irəli sürdükləri tələblər və şərtlər basdırılacaq xəyallardan başqa bir şey deyil".

Bu bəyanat həftəsonu Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ərəfəsinə təsadüf edir. Pakistanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının bir hissəsi olaraq keçiriləcək bu görüşlərdə Tehranın nüvə proqramının əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Lakin Eslaminin çıxışı İranın masaya kifayət qədər sərt və kompromissiz mövqe ilə oturacağından xəbər verir.

Qərb dövlətləri İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham etsə də, Tehran bu iddiaları ardıcıl olaraq təkzib edir və proqramın dinc məqsədli olduğunu bildirir. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp özünün birinci prezidentlik dövründə, 2015-ci ildə imzalanmış və İranın nüvə fəaliyyətlərini məhdudlaşdıran tarixi sazişdən (JCPOA) birtərəfli qaydada geri çəkilmişdi. İsrail tərəfindən dəstəklənən bu qərardan sonra bölgədə nüvə gərginliyi yenidən pik həddə çatmışdı.

Məqalədə: #İran #ABŞ #Pakistan #Tehran #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İsrail və İran #Məhəmməd Eslami: Zənginləşdirməni azaltmağa hazırıq

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.